Icma.az
close
up
RU
Yapon Süfrəsinin Sirri: Bu Qida Yaşlanmanı Gecikdirir

Yapon Süfrəsinin Sirri: Bu Qida Yaşlanmanı Gecikdirir

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Yaponiyada, xüsusilə Okinava bölgəsində dünyanın ən uzun yaşayan insanları yaşayır. 

News24.az bildirir ki, bu bölgənin sakinləri 100 yaşına qədər sağlam və aktiv qalmağı bacarırlar. Mütəxəssislər bu uğurun yalnız genetik səbəblərlə deyil, həm də sağlam qidalanma vərdişləri ilə əlaqəli olduğunu bildirirlər. Bu qidalanma mədəniyyətinin ayrılmaz bir hissəsi isə tofu adlı bitki mənşəli zülal mənbəyidir.

TOFU NƏDİR?

Tofu, soya südünün xüsusi koagulyasiya prosesi ilə bərkiməsi nəticəsində əldə edilən, tərkibi zülalla zəngin olan, yumşaq teksturaya malik bir qida məhsuludur. Asiya mətbəxində geniş istifadə olunan tofu, xolesterin və doymuş yağ içermədiyindən sağlamlıq baxımından çox qiymətlidir.

TOFU-NUN SAĞLAMLIĞA 5 ƏSAS FAYDASI

1. Ürək-damar sağlamlığını qoruyur

Tofu xolesterin və doymuş yağ ehtiva etmir. Aparılan elmi tədqiqatlara görə, tofunun mütəmadi qəbulu “pis xolesterin” kimi tanınan LDL səviyyəsini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır.

2. Menopoz əlamətlərini yüngülləşdirir

Tofu fitoöstrojenlərlə – yəni təbii bitki mənşəli östrojenlərlə – zəngindir. Bu maddələr, xüsusilə menopoz dövründə qadınlarda müşahidə olunan istilik basması kimi əlamətləri yüngülləşdirməyə kömək edir.

3. Sümükləri möhkəmləndirir

Tofu kalsium və maqnezium baxımından zəngin olduğundan, yaş artdıqca baş verən sümük əriməsinin (osteoporoz) qarşısını almağa kömək edir. Bu, xüsusilə yaşlı şəxslər üçün əhəmiyyətlidir.

4. Antioksidant təsir göstərir

Tofunun tərkibindəki izoflavonlar orqanizmdə sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsinə qarşı müdafiə mexanizmi rolunu oynayır. Bu da yaşlanma prosesini gecikdirə bilər.

5. Əla bitki mənşəli zülal mənbəyidir

100 qram tofu təxminən 8-10 qram protein ehtiva edir. Bu, xüsusilə ət istehlak etməyənlər üçün mükəmməl bir zülal alternatividir.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri