Icma.az
close
up
RU
Süpürgəçi qadın 36 gündür komadadır: “Nə “JEK” maraqlanır, nə də həmin ailə”

Süpürgəçi qadın 36 gündür komadadır: “Nə “JEK” maraqlanır, nə də həmin ailə”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Sentyabrın 24-ü səhər saatlarında Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində yol nəqliyyat hadisəsi baş verib.

Atasının adına olan avtomobili idarə edən şəxs 61 yaşlı süpürgəçi qadın Kəmalə Alməmmədovanı vurub. 

"Cebheinfo.az" Xəzər TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs qadını nə xəstəxanaya aparıb, nə də onunla maraqlanıb. Ağır yaralanan və Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən 4 övlad anası isə 36 gündür komadadır.

“O, 32 nömrəli “JEK”də işləyir. Bu müddət ərzində həmin “JEK”in nümayəndələri bir dəfə gəldi, sonra da maraqlanmadılar. Hadisəni törədən şəxsin ailəsi də xəstəyə cəmi 10 gün baş çəkdi, daha sonra telefonları söndürüb əlaqəni kəsdilər. Özəl hospitalların birindən həkim gətirdik, dedilər 50 faiz sağalmağı üçün 50-60 min manat pul lazımdır. Məbləği eşidəndən sonra hadisəni törədən şəxs burada yoxdur”, - K.Alməmmədovanın yaxını Şamil İslamov deyib. 

Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzov bildirib ki, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi olaraq maraqlanırlar.

Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cisminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9-cu qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb: “Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri