Icma.az
close
up
RU
Süpürgəçi qadın 36 gündür komadadır “Nə “JEK” maraqlanır, nə də həmin ailə”

Süpürgəçi qadın 36 gündür komadadır “Nə “JEK” maraqlanır, nə də həmin ailə”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Sentyabrın 24-ü səhər saatlarında Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində yol nəqliyyat hadisəsi baş verib. Atasının adına olan avtomobili idarə edən şəxs 61 yaşlı süpürgəçi qadın Kəmalə Alməmmədovanı vurub. 

Hurriyyet.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs qadını nə xəstəxanaya aparıb, nə də onunla maraqlanıb. Ağır yaralanan və Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən 4 övlad anası isə 36 gündür komadadır.

“O, 32 nömrəli “JEK”də işləyir. Bu müddət ərzində həmin “JEK”in nümayəndələri bir dəfə gəldi, sonra da maraqlanmadılar. Hadisəni törədən şəxsin ailəsi də xəstəyə cəmi 10 gün baş çəkdi, daha sonra telefonları söndürüb əlaqəni kəsdilər. Özəl hospitalların birindən həkim gətirdik, dedilər 50 faiz sağalmağı üçün 50-60 min manat pul lazımdır. Məbləği eşidəndən sonra hadisəni törədən şəxs burada yoxdur”, - K.Alməmmədovanın yaxını Şamil İslamov deyib. 

Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzov bildirib ki, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi olaraq maraqlanırlar.

Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cisminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9-cu qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyindən bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb: “Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see195

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see128

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see124

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see120

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see120

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see120

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri