Suqovuşanda Su çərşənbəsi qeyd edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabirabad, 24 fevral, AZƏRTAC
Sabirabadda Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Kür və Araz çaylarının qovuşduğu Suqovuşan ərazisində, Kür çayının sahilində təşkil olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən qədim ənənə olduğunu vurğulayıb, Su çərşənbəsinin saflıq, aydınlıq və yenilənmə rəmzi kimi xüsusi məna daşıdığını qeyd ediblər.
Sonra konsert proqramı təqdim olunub. Proqramda milli musiqilər, baharı tərənnüm edən mahnılar səsləndirilib, rəqs nümunələri, rayonun pəhləvanları tərəfindən bir-birindən maraqlı nömrələr nümayiş olunub. Eyni zamanda, Novruz bayramının ənənəvi personajları olan Keçəl, Kosa və Bahar qızı tədbirə xüsusi rəng qataraq, iştirakçılarda bayram əhval-ruhiyyəsi yaradıb, maraqlı səhnəciklər təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 Fevral 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















