Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Su Çərşənbəsi bölgələrdə necə qeyd olunur? MARAQLI

Su Çərşənbəsi bölgələrdə necə qeyd olunur? MARAQLI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Novruz sistemi dörd əsas ünsür – su, od, yel və torpaq üzərində qurulmuşdur. Bu ardıcıllıq təsadüfi deyil. Əvvəl su gəlir, çünki həyat sudan başlanır. Daha sonra od (enerji), yel (hərəkət) və torpaq (bərqərar olmaq) gəlir.

Azərbaycan xalqının qədim təqvim ənənəsində yazın gəlişi yalnız fəsil dəyişikliyi deyil, həm də kosmik nizamın yenilənməsi kimi dərk olunur. Bu yenilənmə mərasimi isə ən parlaq şəkildə Novruz bayramı öncəsi keçirilən dörd çərşənbədə təcəssüm tapır. Həmin çərşənbələrin birincisi – Su Çərşənbəsi – xalqın düşüncəsində varlığın başlanğıcı, həyatın mayası və ruhun təmizlənməsi ideyasını ifadə edir. Su Çərşənbəsi həm mifoloji kökləri, həm etnoqrafik çalarları, həm də çağdaş cəmiyyət üçün daşıdığı mənəvi dəyərlərlə Azərbaycan milli-mədəni kimliyinin mühüm qatlarından birini təşkil edir.

Su Çərşənbəsinin mifoloji əsasları, tarixi-etnoqrafik mahiyyəti, folklor motivləri, ritualları, simvolikası və müasir dövrdəki funksional rolu geniş şəkildə araşdırılmışdır.

Su, qədim insanın dünyagörüşündə ilkin başlanğıc kimi qəbul edilirdi: «Nə üzərimizdəki göylərin, nə də aşağı­dakı yerin mövcud olmadığı bir zamanda suyla dolu uçurum vardı, bura toxu­mala­rın ilkləri, dərinliklərin sahibəsi dünyanın anasıydı. Sular hər yeri örtmüşdü, bəl­kə də heç toxum belə səpilmədən yaşaran əlamət yoxdu, xeyir, hələ tanrı­lar belə ortaya çıxmamışdı...»

Dünya yarananda hər yer su idi, insan yox idi, ancaq su vardı; suyun çəkilməsi, Günəş sisteminin fəaliyyəti nəticəsində torpaq yarandı, torpağın üzərində canlılar yarandı. Su ilə əhatə olunmuş xaotik aləmdə həyat ola bilmədiyini artıq hələ elmin bir damlasını almayan insan belə dərk edirdi. Dərk edirdi ki, onun yaşadığı aləmi Yaradan dörd ünsürün (Su, Od, Torpaq, Hava) vəhdətində verib. İlkin ulularımız bu aləmə ötəri baxmayıb, müşahidələr aparıb, min illərin müşahidələri əsasında ulu müdriklərin fikirləri olub, söy­ləyib, söylənclər yaddaşlara hopub, nəsildən-nəslə ötürülüb. Xalq inandığı qüvvələrə dualar edib, sonra özləri mağaralardan çıxıb, evlər tikdiyi kimi əl açdıqları Tanrılarına da məbədlər tikib, onları anmaq üçün zaman-zaman mə­bədlərə yığışıb, ağıllı, yaddaşı möhkəm gənclərə ulu kahinlər anladığı kimi ilahi elmini öyrədib. Zərdüştün də dini təlim aldığı müdriklər olub. O müdriklər türk-azəri övladıdır. Bizim hər birimizin içində bir şair, bir yazıçı var. Diqqət etsək çox şeylər görərik. Məsələn, ömrü çöllərdə, yaşıl ormanlar­da, qışda aran düzlərində, yayda yaylaqlarda keçən çobanlar sinədəftər olur, bir qarğıdan düzəltdiyi tütəyin həzin sədası altında dilsiz-ağılsız heyvanları ətrafına yığa bilir. Sözlə, səslə nələrə qadir olmamışıq. Sayaçıların, holavar­ların, təkəçilərin nəğmələri, nənələrin, babaların düzüb qoşduğu söylənclər, nəğmələr. Hamısında da insan yaşadığı dünyanı, ətrafında gördüyü, sevdiyi, müqəddəs bildiyi varlığı vəsf edir. Nə qədər bayatılarımız, ağılarımız, lay­lalarımız, oxşamalarımız, atalar sözlərimiz, deyimlərimiz var. Hamısında da ulularımızın həyatı, sevinci, kədəri, həsrəti, məşğuliyyəti, mehrini saldığı var­lıqlara səmimiyyəti var. Zərdüşt daha yüksək ağıl, təfəkkür sahibi olub, müdriklərindən aldığı elmlə, biliklə yüksəklərə qalxıb və xalqının dini dün­ya­görüşünü əks etdirən «Avesta» kimi bir kitabda əsas olan oğuz-türk, ümu­milikdə azəri təfəkkürünün möhtəşəm dini-fəlsəfi təlimini abidələşdirib. Bu kitab məhz Azərbaycanda yaranıb. Odlar ölkəsi adlanan Azərbaycan Zər­düş­tün yurdudur.

Deməli, su da, bitkilər də müqəddəs qüvvələr kimi insana kömək et­mək qüdrətinə malikdir, su, ruh, torpaq kultu burada özünü göstərir.Deməli, insan dünyanı dərk etməyə başladığı vaxtdan Suyun qüdrətini görüb, anlayıb ki, susuz həyat ola bilməz, susuz canlı varlıq ola bilməz, susuz insan ola bilməz. Su həyatdır, su nemətdir, su müqəddəsdir, su ilahi güc sa­hibidir, su ölünü dirildər. Su mülayimdir, su qəzəblidir, su özünə hörmət, itaət tələb edir. Su yarada da bilər, yaratdığını məhv edə də bilər. İnsan elə kortəbii şəkildə də olsa Suyun qüdrətini duyandan suyla bağlı inanclar sistemini yaradıb, yaşadıb, dərk etdiyi kimi müqəddəsləşdirib, müqəddəs bildiyi qüvvələr kimi ona tapınıb və həyatın, varlığın dörd ünsüründən biri kimi hər ilin bir gününü, ilin axır çərşənbələrindən birini – Su çərşənbəsini se­vinclə, süfrəsində bol nemətlərlə, hörmət və itaətlə qarşılayır, müxtəlif rituallarla bu günə qədər də  inamını itirmədən yaşadır.

Müasir dövrdə Su Çərşənbəsi yalnız folklor hadisəsi deyil, həm də ekoloji şüurun formalaş­dırılması üçün simvolik platformadır. Su ehtiyatlarının qorunması, çayların təmiz saxlanılması və suya qənaət mədəniyyətinin formalaşdırılması bu bayramın çağdaş interpretasiyası kimi təqdim edilə bilər.

Azərbaycanın Kür və Araz çayları xalqın yaddaşında müqəddəs axar sular kimi yaşa­yır. Kür və Araz təkcə coğrafi obyekt deyil, milli yaddaşın axar simvollarıdır.

Azərbaycanın müxtəlif bölgələrində Su Çərşənbəsi müxtəlif çalarlarla qeyd edilir. Qarabağ bölgəsində insanlar bulaq başına gedər, orada dua edər və su ilə niyyət tutardılar. Şəki-Zaqatala zonasında isə “su payı” adlanan ənənə mövcud idi: evlərə su səpilər və xeyir-dua verilərdi.

Naxçıvanda səhər tezdən bulaq suyundan gətirib evin künclərinə səpmək adəti geniş yayıl­mışdır. Bu mərasim evə bərəkət və ruzi gətirmək niyyəti daşıyırdı.

Su Çərşənbəsi xalqın kollektiv yaddaşını birləşdirən ritualdır. Bu mərasim vasitəsilə insanlar öz köklərinə qayıdır, təbiətlə harmoniyaya girir və milli mənsubiyyət hissini yenidən yaşayırlar.

Gülxani Pənah

Filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:457
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri