Icma.az
close
up
RU
Şura üzvləri BMUda olub FOTOLAR

Şura üzvləri BMUda olub FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar. 

"Unikal" xəbər verir ki, öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları  BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün atılan addımlarla bağlı ətraflı məlumat verib. Rektor son illərdə aparılan islahatların müsbət nəticələrinə toxunaraq universitetin builki tələbə qəbul planındakı artımı, açılan yeni ixtisaslar üzrə yerlərin tam dolmasını, BMU-nu seçən yüksəkballı abituriyentlərin və əcnəbi tələbələrin sayındakı müsbət dinamikanı diqqətə çatdırıb. Universitetin beynəlxalq əlaqələrindən də bəhs edən Yaqub Piriyev ötən ay açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer aldığını, bununla yanaşı, Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini deyib. 

Görüşdə çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə BMU-da tədris və təcrübənin bir arada olmasını, tələbələrin müasir bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan şəraiti, müasir laboratoriyaların mövcudluğunu yüksək qiymətləndirib. Hikmət Əlizadə universitetdə son zamanlarda görülən işlərin ictimai rəydə müsbət qarşılandığını deyərək BMU-da tədrisin keyfiyyətinin daha da yaxşılaşmasını, tələbəyönümlü layihələrə diqqətin artırılmasını, ali məktəbin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlənməsini böyük nailiyyət adlandırıb. 

Sonra İctimai Şura üzvləri ilə ali təhsilin bugünkü hədəfləri, yeni çağırışlara cavab verməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, Şura üzvlərinin bir sıra məqamlarla bağlı suallarına aydınlıq gətirilib.

Müzakirələrin ardınca İctimai Şura üzvləri universitetin Kibertəhlükəsizlik, həmçinin digər laboratoriyalarına, o cümlədən Texnoparkına baş çəkib, burada yaradılan şərait və tələbələrin startapları ilə yaxından tanış olublar.  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri