Icma.az
close
up
RU
Sürətlə dəyişən qlobal mühitdə Azərbaycanın artıq sabit, prinsipial və güclü mövqeyi formalaşıb

Sürətlə dəyişən qlobal mühitdə Azərbaycanın artıq sabit, prinsipial və güclü mövqeyi formalaşıb

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin səmimi, emosional və tarixi məqamlarla zəngin çıxışı hər bir azərbaycanlının yaddaşına və qəlbinə həkk olunub. III Şuşa Qlobal Media Forumu çərçivəsində səsləndirilən fikirlər sadəcə Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetlərini deyil, həm də yeni dünya nizamında Azərbaycanın təşəbbüskar və prinsipial mövqeyini aydın şəkildə ortaya qoydu.

Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, iyul ayının 19-21 tarixi arasında keçirilən III Şuşa Qlobal Media Forumu, Azərbaycanın müasir dünyada oynadığı rolu və gələcəyə baxışını əks etdirən mühüm bir tədbir kimi tarixə düşdü:
“"Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən bu forum, sadəcə regional deyil, qlobal əhəmiyyət daşıyan məsələləri müzakirə platformasına çevrildi. III Şuşa Qlobal Media Forumunun Xankəndidə və Şuşada keçirilməsi özlüyündə güçlü tarixi və simvolik məna daşıyır. Bu ərazilərin işğaldan azad edilməsindən sonra belə mötəbər beynəlxalq tədbirlərin burada təşkil olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bu tarixi torpaqların mədəni və intellektual həyatda da öz rolunu oynamasının bariz nümunəsidir. Şuşanın "Azərbaycanın mədəniyyət paytaxtı" adlandırılması və bu statusun praktik təsdiqini tapması, həmin ərazilərin təkcə coğrafi baxımdan deyil, həm də mənəvi və intellektual baxımdan Azərbaycana qayıdışının əlamətdar göstəricisidir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər, həm ölkənin daxili inkişaf strategiyasını, həm də beynəlxalq arenada tutduğu prinsipal mövqeyi əks etdirdi. Prezidentin forumda vurğuladığı əsas məqamlardan biri, Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi oldu. Dövlət başçısının bildirdiyinə görə, ölkənin əsas prioriteti artıq ənənəvi neft-qaz sektorundan daha çox informasiya texnologiyaları və müasir texnologiyalar sahəsində inkişafa yönəlib. Bu baxış, Azərbaycanın iqtisadi diversifikasiya strategiyasının uğurla həyata keçirildiyini və gələcək nəsillərin rifahının təmin edilməsi istiqamətində atılan addımları göstərir”.
Deputat əlavə edib ki, forumun əsas mövzusu olan rəqəmsal dövrdə media savadlılığı və dezinformasiyaya qarşı mübarizə məsələsi, müasir dövrün ən aktual problemlərindən biridir:

“Prezidentin bu sahədə səsləndirdiyi fikirlər, Azərbaycanın informasiya təhlükəsizliyi sahəsində də öncü mövqe tutmaq niyyətində olduğunu göstərir. Prezident İlham Əliyevin forumda verdiği cavabların hər biri, sadəcə diplomatik ritorika yox, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi kimi qəbul edildi. Bu mövqe, Azərbaycanın beynəlxalq hüquq prinsiplerinə sadiq qalaraq, eyni zamanda öz milli maraqlarını qorumaqda qətiyyətli olduğunu nümayiş etdirdi. III Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin çıxışı dünya mətbuatının geniş diqqətini cəlb etdi. Beynəlxalq media qurumları tərəfindən forumun geniş işıqlandırılması, Azərbaycanın media diplomatiyasında əldə etdiyi uğurun göstəricisidir. Forumun beynəlxalq səviyyədə tanınması və iştirakçıların müxtəlifliyi, Azərbaycanın regional lider kimi mövqeyini möhkəmləndirdi. Ölkənin müasir çağırışlara uyğun, innovativ və gələcəyə yönəlmiş siyasət yürütməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Forum çərçivəsində müzakirə edilən məsələlər, Azərbaycanın media sahəsində də mühüm rol oynamaq istəyini göstərdi. Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi kimi aktual mövzunun Azərbaycanda müzakirə edilməsi, ölkənin bu sahədə də qabaqcıl mövqe tutmağa hazır olduğunu sübut edir. III Şuşa Qlobal Media Forumu sadəcə bir tədbir deyil, Azərbaycanın yeni tarixi mərhələsinin əlamətdar hadisəsidir. 2020-ci ildə qazanılan qələbədən sonra ölkənin inkişaf strategiyasının yenidən formalaşması və beynəlxalq arenada daha aktiv rol oynaması məhz belə tədbirlər vasitəsilə reallaşır. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər, Azərbaycanın təkcə regional deyil, qlobal səviyyədə də söz sahibi olmaq arzusunda olduğunu göstərir”.
Millət vəkilinin sözlərinə görə, ölkənin media, texnologiya və informasiya sahələrində inkişaf strategiyası, gələcəkdə beynəlxalq arenada daha güclü mövqe tutmasına imkan yaradacaq:
“III Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin bu tədbirdəki çıxışı, Azərbaycanın müasir dünyada tutduğu mövqeyin və gələcək inkişaf strategiyasının aydın təzahürüdür. Forum, ölkənin media diplomatiyasındakı uğurunu, texnoloji inkişafa olan bağlılığını və beynəlxalq münasibətlərdə prinsipiallığını nümayiş etdirdi. Şuşa və Xankəndinin belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu tarixi torpaqların Azərbaycanın mədəni və intellektual həyatına tam inteqrasiyasının növbəti addımıdır. Prezidentin çıxışında səsləndirilən fikirlər isə ölkənin gələcək inkişaf yolunu və beynəlxalq arenada tutacağı mövqeyi müəyyənləşdirən mühüm istiqamətlər kimi qiymətləndirilə bilər. Bu forum, Azərbaycanın sadəcə ənənəvi sektorlarda deyil, müasir texnologiyalar və media sahəsində də liderlik etmək qabiliyyətinin və əzminin parlaq nümunəsidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan son illərdə davamlı inkişaf edən ölkələr sırasındadır və bu, artıq dünya ictimaiyyəti tərəfindən də qəbul olunur:
“Ölkəmizin geosiyasi və qlobal proseslərdə artan rolu, xüsusilə də Prezident İlham Əliyevin beynəlxalq arenada nüfuzlu lider kimi qəbul olunması hər bir azərbaycanlı üçün qürurverici haldır. Qlobal Media Forumunda Prezident İlham Əliyevin iki saatdan artıq müddətdə beynəlxalq jurnalistlərin suallarına verdiyi açıq, səmimi və bilikli cavablar bu mövqeni bir daha təsdiqlədi. Prezidentin yalnız Azərbaycanla bağlı deyil, həm də regional və qlobal siyasətə dair detallı və obyektiv yanaşması, onun siyasi düşüncə dərinliyini və liderlik bacarığını nümayiş etdirdi. Forumda Prezidentin cavablarında Azərbaycanın xarici siyasətdə tutduğu mövqe, bölgədəki proseslərə münasibəti, dünya siyasətinə baxışı və ölkənin gələcəyə dair planları aydın şəkildə ifadə olundu. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edir və beynəlxalq münasibətlərdə prinsipial mövqe tutur”.
Millət vəkili diqqətə çatıdırıb ki, bugünkü dünya siyasətində lider çatışmazlığı hiss olunur:

“Bir çox ölkələrdə yaranan problemlərin kökündə məhz güclü liderliyin olmaması dayanır. Lakin Azərbaycan bu baxımdan fərqlənir – Prezident İlham Əliyev öz biliyi, təcrübəsi, qətiyyəti və xalqdan aldığı dəstəklə ölkəmizi inamla irəli aparır. Sürətlə dəyişən qlobal mühitdə Azərbaycanın artıq sabit, prinsipial və güclü mövqeyi formalaşıb. Bu da göstərir ki, ölkəmiz düzgün yoldadır – həm daxili, həm də xarici siyasətdə ardıcıl və uğurlu siyasət yürüdülür”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 İyul 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri