Icma.az
close
up
RU
Sülh prosesi indiyədək Azərbaycanın təşəbbüsü və prinsipial mövqeyi əsasında formalaşıb SİYASİ EKSPERT AÇIQLADI

Sülh prosesi indiyədək Azərbaycanın təşəbbüsü və prinsipial mövqeyi əsasında formalaşıb SİYASİ EKSPERT AÇIQLADI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistanın yaxın vaxtlarda sülh prosesinə dair hər hansı yeni və real addımlar atacağı gözlənilmir. Mövcud vəziyyətə nəzər salsaq, bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, indiyə qədər sülh prosesi Azərbaycanın təşəbbüsü və prinsipial mövqeyi əsasında formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan bu prosesdə əsasən reaktiv mövqe tutub, yəni Azərbaycanın irəli sürdüyü təkliflərə cavab verməklə kifayətlənib: "Bu isə onu göstərir ki, Ermənistan sülh prosesində təşəbbüskar tərəf olmayıb və atdığı addımlar da daha çox beynəlxalq təzyiqlərin və ya diplomatik zərurətlərin nəticəsi olub. Hazırkı mərhələdə isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq sülh prosesinin fəal təşəbbüskarı kimi öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və sülh sazişinin mətninin hazırlanması mərhələsi başa çatıb. Hər iki tərəf bu mətnin ilkin variantını razılaşdırıb və təsdiqləyib. Bu, əslində sülh prosesində tarixi bir mərhələnin sonuna yaxınlaşdığımızı göstərir. İndi əsas məsələ sazişin imzalanmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə bu sənədi imzalamağa tam hazırdır və sülhün təmin olunması istiqamətində heç bir maneə yaratmır.

Lakin Ermənistan tərəfi hələ də sülh sazişini imzalamağa hazır deyil. Bunun başlıca səbəbi Azərbaycanın irəli sürdüyü və sazişin imzalanması üçün vacib sayılan tələblərin hələ də yerinə yetirilməməsidir. Bu tələblər arasında ən mühüm məsələlərdən biri Ermənistanın konstitusiyasına dəyişiklik edilməsidir. Belə ki, hazırkı Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar, xüsusən də keçmiş “Dağlıq Qarabağ”la bağlı müddəalar mövcuddur. Bu müddəalar sülh sazişinin ruhuna və əsas prinsiplərinə ziddir, çünki Ermənistanın öz konstitusiyasında qonşu ölkənin ərazisinə iddia irəli sürməsi beynəlxalq hüququn əsas prinsiplərini pozur. Ermənistan rəhbərliyi isə bəyan edib ki, konstitusiyanın dəyişdirilməsi yalnız 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərindən sonra mümkün ola bilər. Yəni, indiki siyasi və hüquqi çərçivədə hökumətin bu məsələdə qısa müddətdə hər hansı ciddi addım atmaq imkanı yoxdur. Bununla da Ermənistan faktiki olaraq sülh prosesinin uzanmasına, regionda sabitliyin gecikməsinə səbəb olur. Bu baxımdan parlament seçkilərinə qədər Ermənistandan sülhlə bağlı hər hansı bir addımın atılması gözlənilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri