Icma.az
close
up
RU
Sürətlə formalaşan yad planet kəşf edildi

Sürətlə formalaşan yad planet kəşf edildi

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astronomlar planetlərin əmələ gəlməsi sürəti ilə bağlı hazırkı anlayışı çətinləşdirən bir kəşfdə gənc ulduzun ətrafında fırlanan yeni doğulmuş planetin formalaşması prosesinin cəmi 3 milyon il çəkdiyini bildiriblər.

Teleqraf.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, kütləsi Yerdən təxminən 10-20 dəfə böyük olan bu “körpə” planet indiyə qədər kəşf edilmiş ekzoplanetlər adlanan Günəş sistemimizdən kənarda olan ən gənc göy cisimlərindən biridir. O, planetin əmələ gəlməsi üçün inqrediyentləri təmin edən protoplanetar disk adlanan ana ulduzun ətrafında dövr edən sıx qaz və toz diskinin qalıqları ilə yanaşı yerləşir.

Onun orbitində fırlanan ulduzun Günəşdən daha az isti və daha az kütləsi olan narıncı cırtdan adlanan bir ulduz növü olacağı gözlənilir. Ulduzun kütləsi Günəşin kütləsinin təxminən 70 faizini təşkil edir. Yad planet Yerdən təxminən 520 işıq ili uzaqlıqda, Süd Yolu qalaktikamızda yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.

Astronomlar bildirirlər ki, bu kəşf planetlərin 3 milyon il ərzində birləşmiş formada ola biləcəyini təsdiqləyir. Yerin formalaşması 10-20 milyon il çəkdiyi üçün əvvəllər bu proses aydın deyildi. Nəhəng planetlər isə diskin dağılmasından daha sürətli əmələ gəlir, çünki onların diskdən çoxlu qaza ehtiyacı var. Amma disklərin dağılması 5-10 milyon il çəkir.

“IRAS 04125+2902 b” və “TIDYE-1b” adları verilən planet Günəş sistemimizin ən daxili planeti Merkuri ilə Günəşi ayıran məsafənin beşdəbiri qədər məsafədə hər 8,8 gündə öz ulduzunun ətrafında dövr edir. Onun kütləsi Günəş sistemimizin qayalı planetlərinin ən böyüyü olan Yerin və qaz planetlərinin ən kiçiyi olan Neptunun kütləsi arasındadır. Yad planet Yerdən daha az sıxdır və diametri təxminən 11 dəfə böyükdür. Onun kimyəvi tərkibi məlum deyil.

Tədqiqatçılar planetin öz ulduzundan daha uzaqda əmələ gəldiyindən və daha sonra içəriyə doğru köç etdiyindən şübhələnirlər. Onlar “tranzit” adlanan üsuldan istifadə edərək, Yerdəki izləyicinin nöqteyi-nəzərindən planetin qarşısından keçərkən ev sahibi ulduzun parlaqlığının aşağı düşməsini qeydə alıblar.

Yeni kəşf NASA-nın “Transiting Exoplanet Survey Satellite” və ya TESS kosmik teleskopu tərəfindən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri