Icma.az
close
up
RU
Sürətli, etibarlı və daha aşağı komissiya ilə...

Sürətli, etibarlı və daha aşağı komissiya ilə...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

E- pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulur

Mərkəzi Bankda (MB) “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və digər maliyyə qurumlarının nümayəndələrindən ibarət birgə görüşü keçirilib. Görüşdə “SWIFT”in həyata keçirdiyi proqramlar və qarşıda duran strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər barədə müzakirələr aparılıb. MB-nin sədr müavini Vüsal Xəlilov ölkəmizdə dayanıqlı ödəniş sistemləri infrastrukturunun qurulduğunu vurğulayaraq bu istiqamətdə nəzərdə tutulan prioritetlərdən danışıb. Qeyd edib ki, Azərbaycanın maliyyə institutları ilə sıx əməkdaşlığının artırılması əsas strateji məqsədlərdən biridir. Bu prosesdə banklarla yanaşı, elektron pul təşkilatlarının da rolunun artırılması nəzərdə tutulur. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əks etdirilmiş əsas hədəflərdən biri  elektron pul və ödəniş təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulmasıdır.

“SWIFT”lə pul köçürmələri və maliyyə mübadiləsi təmin ediləcək

Qeyd edək ki, “SWIFT” sistemi məlumat mübadiləsini təmin edən və ödənişləri həyata keçirən banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır. Hazırda dünyada bir neçə beynəlxalq banklararası sistem mövcud olsa da, “SWIFT” onların sırasında ən geniş yayılmış institutdur. Bu sistem vasitəsilə ödənişləri sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürmək imkanları mövcuddur və daha sərfəlidir. “SWIFTNet” şəbəkəsi pul köçürmələri və ödənişlərlə yanaşı, qiymətli kağızların mübadiləsini təchiz edən ən təhlükəsiz mübadilə kanalıdır. Yeri gəlmişkən, “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, “SWIFT” yalnız banklararası səviyyədə istifadə olunur.

Azərbaycanda fəaliyyət göstərən elektron pul (e-pul) təşkilatlarının “SWIFT”-ə qoşulması beynəlxalq ödəniş təchizat xidmətində yer alması və dünya maliyyə sisteminə çıxışlarının təmin olunması deməkdir. Hazırda sayı təxminən 10-a çatan e-pul təşkilatları rəqəmsal ödəniş bazarlarında daim yeni alətlərin tətbiqinə çalışır, vətəndaşların bank kanalları ilə yanaşı, bu sistem üzərində tez və asan əməliyyatlar aparmasını təmin etməklə, fiziki yüklənmələri aradan qaldırır, alternativ çıxış imkanları yaradır. Bu baxımdan, e-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması maliyyə sektorunda müştərilərin xarici ölkələrlə köçürmələr və maliyyə mübadiləsinin aparılmasında işini asanlaşdıracaq.

“Fintex” üçün yeni imkanlar

E-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması “fintex” alətlərinin də tətbiqinin genişlənməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq  maliyyə sektorunda “fintex” sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla həmin sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Hazırda ölkəmizdə “fintex” üçün infrastruktur qurulub, maliyyə sistemi “Elekton hökumət” platformasına tam inteqrasiya olunub, “Asan imza” və “Sima imza” ilə bütün rəqəmsal maliyyə əməliyyatlarını internet üzərindən həyata keçirmək imkanları mövcuddur. Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması istiqamətində zəruri addımlar atılıb. Ən son rəqəmsal alətlər bank sisteminə inteqrasiya olunub. Son 5 ildə bankları müasir maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manatdan artıq sərmayələri də məhz bu arxitekturanın möhkəmlənməsinə imkan verib. Mərkəzi Bank tərəfindən müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradıb, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq şərçivəsində real şəraitdə yeni “fintex” məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verə biləcək xüsusi tənzimləyici sistem hazır vəziyyətə gətirilib. Pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılıb.

Beləliklə, “SWIFT” proqramlarında fəal rol almaqla, Azərbaycanın ödəniş təşkilatlarının beynəlxalq maliyyə ekosisteminə inteqrasiyasını daha da möhkəmləndirəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri