Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azadlıq, Suverenlik və Milli Qürur Günü

Azadlıq, Suverenlik və Milli Qürur Günü

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması gələcək nəsillər üçün bir yaddaş günüdür 



Bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd edilir. 2023-cü ilin sentyabrı Azərbaycan tarixində məhz dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar olması günü kimi qalacaq. Ordumuzun işğaldan azad edilmiş Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz təmin edildi və Kontitusiyamız artıq bütün ölkə ərazisini əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi bu tarixi günün dövlət quruculuğunda nə qədər əhəmiyyətli olduğunu təsdiq edir. Dünən Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilib. Konfrans Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilib, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri, həmçinin aidiyyəti qurumların rəhbər şəxsləri iştirak ediblər. Milli Məclisin sədr müavini Ziyafət Əsgərov konfransda çıxışı zamanı bildirib ki, “Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində verilən bir qərardır. Mən bununla bağlı Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Sədr müavini qeyd edib ki, Azərbaycan Konstitusiyasının məqsədi insanlarımızın hüquq və azadlıqlarının ali sənəddə təsbiq olunması və onun müdafiə olunmasıdır: “Azərbaycanda hakimiyyətin və suverenliyin mənbəyi xalqdır. Azərbaycanın bəzi əraziləri erməni işğalı altında idi. Həmin ərazilərdə Azərbaycan konstitusiyası işləmirdi. 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində separatizmə son qoyuldu və Azərbaycan suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətində tam suverendir”.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan suverenliyə aparan yolu hər zaman axtarırıdı: “Ulu Öndər Heydər Əliyev 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə SSRİ-nin tərkibində Azərbaycan üçün çox işlər görmüşdü. O çox gözəl anlayırdı ki, hansısa işlərin görülməsi üçün çətinliklər var idi. Buna baxmayaraq, 5 ali təhsil müəssisəsi açılmışdı. İri sənaye müəssisələri yaradılırdı”. Milli Məclisin deputatı Xanlar Fətiyev isə 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatının əhəmiyyətindən danışıb: “Məlum olduğu kimi 2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri isə tərksilah olunmalı idi. Lakin Ermənistan öhdəliklərini yerinə yetirməkdən yayındı. Azərbaycanın sülh çağırışlarının əvəzində isə Qarabağdakı qanunsuz silahlı dəstələr ərazilərimizi minalayır, hərbçilərimizə və mülki vətəndaşlarımıza qarşı təxribatlar həyata keçirirdilər. Azərbaycan ərazilərində dövlət qurmaq xülyasında olan separatçılar özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Hətta 2023-cü il sentyabrın 2-də Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçılara təbrik müraciəti ünvanlamışdı. Ermənistan tərəfinin təxribatları bunlarla bitmirdi. Qeyd olunanlarla yanaşı, Qarabağın təbii və mineral sərvətləri separatçı rejimin ünsürləri tərəfindən talan edilərək Ermənistana daşınır, təbiətimizə zərər vurulurdu. Prezident İlham Əliyev 2023-cü ilin sentyabrına qədər bir neçə dəfə Qarabağdakı cinayətkar rejimlə bağlı sərt xəbərdarlıqlarını etmişdi. 2023-cü ilin may ayında dövlətimizin başçısı Laçından bir daha xəbərdarlığını edərək demişdi: «Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var». Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan nə Ermənistan rəhbərliyi, nə də separatçılar nəticə çıxardılar. Lakin xalqımız əmin idi ki, qətiyyətli və müdrik siyasəti ilə Vətən müharibəsində düşmənin başını «dəmir yumruqla» əzən Müzəffər Ali Baş Komandan 44 günlük savaşdakı məğlubiyyətdən dərs almayan və Azərbaycanı hədələyən erməni separatizminə də son qoyacaq. Bu gün tarixə ekskurs edəndə, 2023-cü ilin sentyabr ayına qədər baş verənləri təhlil edəndə görürük ki, Prezident İlham Əliyev təmkinlə, siyasi-diplomatik uzaqgörənliklə respublikamızı uğurla bu məqsədə doğru aparıb. Erməni separatçıları tərəfindən mülki vətəndaşlarımıza və hərbçilərimizə qarşı ardıcıl şəkildə həyata keçirilən təxribatların davam etdirilməsi, 2023-cü il sentyabrın 19-da isə 6 vətəndaşımızın ölümünə səbəb olan iki terror aktının törədilməsi onlara qarşı lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə səbəb oldu. Qarabağdakı qondarma və separatçı rejimin zərərsizləşdirilməsi, bu ərazidəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərqərar edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da başlanan bu əməliyyat cəmi 23 saat davam etdi. Bu qısa dövr ərzində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, modern hərbi imkanlara sahib olmasını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri Azərbaycan dövlətinin növbəti zəfəri, hərb tariximizin parlaq və qürur doğuran səhifələrindən biridir. Lakin Azərbaycan dövləti həmin vaxt sadəcə Qarabağdakı erməni separatizmini və Ermənistan ordusunun bölmələrini məhv etmədi. Azərbaycan dövləti həm də torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması üçün dəridən-qabıqdan çıxan Fransa kimi Qərb siyasi mərkəzlərinə qalib gəldi. Bütün dünya bir daha Azərbaycan dövlətinin gücünə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətə şahidlik etdi. İki il əvvələ qədər torpaqlarımızda «Artsax» adlı qondarma respublika qurduqlarını iddia edən, ölkəmizi hədələyən və təhdid edən, hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı təxribatlar törədən separatçılar isə tutularaq Bakıya gətirildilər. Onlar dövlətimizə və xalqımıza qarşı törətdikləri əməllərə görə bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Bu baxımdan antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Qəhrəman ordumuzun qələbəsi ilə yekunlaşan antiterror tədbirlərində Qarabağda erməni separatizminə son qoyulması ilə həm də bütün torpaqlarımız üzərində Azərbaycan dövlətinin milli suverenliyi, respublikamızın konstitusion hüquqları təmin edildi. Ona görə antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin qürur tarixi, xalqımızın fəxarət ünvanıdır. Dövlət və xalq məhz bu cür hadisələr sayəsində ucalır, gələcəyinə gedən yolda nümunəvi, örnək dolu tarix yaradır. 

“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur”. Bu sözləri isə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.” Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib: “2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: “Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq, Suverenlik və Milli qürur Günü!” . 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri