Icma.az
close
up
RU
1 fevral ABŞ da “Milli Azadlıq Günü” kimi qeyd olunur

1 fevral ABŞ da “Milli Azadlıq Günü” kimi qeyd olunur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1865-ci il yanvarın sonunadək bu ökədə quldarlıq hökm sürüb

Beynəlxalq miqyaslı internet resurslarında “Fevralın ilk günü dünyada hansı tarixi günlərlə əlamətdardir?” sualına verilən çoxsaylı cavablardan biri belədir: “1865-ci il. ABŞ-da quldarlıq ləğv edilmişdir” (https://news.mail.ru/society/45051631/).

Adıçəkilən sayt yazır: “1 fevral 1865-ci ildə prezident Avraam Linkoln ABŞ Konstitusiyasına 13-cü Düzəlişdə quldarlığı ləğv etmək üçün konqres qərarını imzaladı. Sənəddə yazılırdı: “ Quldarlıq və ya məcburi köləlik nə Birləşmiş Ştatlarda, nə də onun səlahiyyətlərinə tabe olan hər hansı başqa yerdə (cinayət törədənin cəzası istisna olmaqla) mövcud olmamalıdır”. Həmin sənəd 1865-ci il dekabrın 18-də qüvvəyə minmiş və ABŞ-da köləlik tamamilə ləğv edilmişdi. Amma…

Həmin tarixi faktla bağlı rusiyalı həmkarlarımızın hazırladığı analitik materialda isə ortaya başqa bir sual çıxarılır: “1865-ci ilin fevralında ABŞ-da köləlik ləğv edildi. Bəs bu fakt nə üçün qaradərililərə azadlıq gətirmədi?” (https://lenta.ru/articles/2022/06/19/juneteens/) . Həmin sualın cavabını “Lenta.ru”nun xüsusi müxbiri Pyotr Kamençenkonun materialında tapmağa çalışdıq. Müəllif yazır:

“Avraam Linkolnun prezidentliyi dövründə ölkədə vətəndaş müharibəsi gedirdi. Şimal ştatları bir-birinin ardınca məğlub olur və cənub əyalətlərində baş verənlərə nəzarət edə bilmirdilər. Şimallıların özlərində isə qul əməyindən istifadə edən çoxlu plantasiyalar var idi. Həmin vəziyyətdə köləliyin ləğvi haqqında qanun daha çox niyyət bəyannaməsi və İttifaqın qorunması uğrunda mübarizədə Linkolnun uğurlu siyasi addımı ola bilərdi. Linkoln belə bir addımı atdı. Ancaq Amerikada ölkənin ağ-qara bütün əhalisinin hüquqlarını de-yure bərabərləşdirmək üçün yüz il, bunu de-fakto etmək üçün isə daha yarım əsr lazım idi.

Mütəxəssislərin fikrincə, qul əməyi əsrlər boyu iqtisadi cəhətdən səmərəsiz hesab edilib. Lakin 1990-cı illərin əvvəllərində iqtisadiyyat üzrə Nobel mükafatı laureatı adını almış Robert Uilyam Fogel sübut etdi ki, XIX əsrin birinci yarısında ABŞ-da qulların əməyi muzdlu işçilərin əməyindən daha səmərəli idi. Onun tədqiqatı göstərdi ki, 1860-cı ildə qul əməyindən istifadə edən ABŞ-ın Cənub ştatlarında kənd təsərrüfatı işlərində çalışan qulların səmərəsi azad insan əməyindən istifadə edən Şimallı kənd təsərrüfatından 35 faiz daha üstün idi. Vogel həmçinin belə qənaətə gəlirdi ki, vətəndaş müharibəsinin səbəbi köləliyin iqtisadi səmərəsizliyi deyil, Şimal sənayesinin ucuz işçi qüvvəsinə artan ehtiyacıdır.

Bununla razılaşmamaq çətindir, çünki bərabərlik və irqçiliyin pislənməsi ilə bağlı bütün ritorikaya baxmayaraq, köləliyin ləğvindən sonra yüz ildən çox müddət ərzində qaradərili amerikalılar eyni iş üçün ağdərili amerikalıların yarısı qədər əməkhaqqı aldılar.

Tarixçilər yazırlar ki, Avraam Linkoln qulları azad etmək üçün həyatını fəda edən son qəhrəmandır. Xatırladaq ki, ABŞ-da 4 il davam edən vətəndaş müharibəsi 9 aprel 1865-ci ildə Konfederasiyanın kapitulyasiyası ilə başa çatdı. Müharibənin başa çatmasından 5 gün sonra – 1865-ci il aprelin 14-də Ford teatrının səhnəsində qoyulan “Mənim amerikalı əmim oğlu” tamaşası zamanı cənub tərəfdarı olan aktyor Con Uilks But prezident lojasına yaxınlaşaraq Linkolnun başına tapancadan güllə açmışdı. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca “Sic semper tyrannis!” ( “Tiranların taleyi belədir” ifadəsini səsləndirmişdi. Səhəri gün, saat 7:22-də Avraam Linkoln ölmüşdü.

Bəli, Linkoln həqiqətən köləliyə nifrət edirdi və onu ləğv etmək üçün çox şey etmişdi. Ancaq eyni zamanda o, hansısa romantik və ya idealist yox, məhz siyasətçi idi. 1861-ci ildə Linkolnun Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə seçilməsi 11 cənub ştatının İttifaqdan ayrılmasına gətirib çıxarmışdı. Zaman sübut etdi ki, onların buna hər cür haqqı var idi. Çünki onların məcburi qayıdışı ölkə tarixində ən qanlı müharibəyə səbəb olmuşdu (600 mindən çox ölü, 400 mindən çox yaralı və eyni sayda itkin).

Burada başqa bir maraqlı məqam da var idi. Belə ki, quldarlığa qarşı çıxış edən Linkoln eyni zamanda qaradərililərin ağdərililərlə bərabərliyini tanımırdı. Onlara seçkilərdə səsvermə hüququ vermək niyyətində deyildi və irqlərarası nikahların qatı əleyhdarı idi.

Ona görə də İttifaqın bütün ştatlarında köləlik ləğv edilsə də, keçmiş qullar üçün çoxdan gözlənilən xoşbəxtlik hələ çox uzaqda idi. Fermer və sahibkarlar prokurorluğun nəzarəti altında öz qullarını təkcə ağır işdən deyil, həm də yaşayacağı yerdən, adi həyat tərzindən də azad edirdilər. Yüz minlərlə qaradərili, yaşayış vasitələri və müstəqil yaşamaq bacarığı olmadan sözün əsl mənasında küçələrə atılırdı. Bəxti gətirənləri keçmiş sahibləri minimal ödənişlə işə götürürdülər. Bir xeylisi hər hansı bir iş axtarmaq üçün zəngin Şimal şəhərlərinə köçürdü. Qalanları isə dilənçiliklə və xırda oğurluqla dolanaraq səfilə çevrildilər və dərhal müvafiq qanunun tələbləri altına düşdülər. Qanuna əsasən daimi yaşayış yeri və işi olmayan qaradərililər ağır işlərə göndərilirdilər. Orada isə həyat şəraiti köləlikdən də pis idi. İş o yerə çatmışdı ki, linçlər – afroamerikalıların məhkəməsiz və istintaqsız qətlləri – adi bir hadisəyə çevrilirdi. ABŞ-da qeyri-qanuni edamlarla bağlı dəqiq statistika yoxdur, lakin ekspertlər edam edilən on minlərlə insandan danışır.

Məlum olduğu kimi, afrikalı amerikalılar uzun illər faktiki olaraq gücsüz qaldılar. Qaradərililərin yığcam yaşaması üçün ayrı-ayrı ərazilər gettolar ayrılırdı. Ağ və qaradərililər üçün ayrıca məktəblər, ayrı-ayrı ictimai nəqliyyat (1970-ci illərə qədər mövcud idi), otel və motellərdə ortaq yerləşdirməyə qadağalar, yalnız ağlar və “rənglilər” və qaralar üçün kafe və restoranlara bölünmə var idi. Hətta məhkəmədə and içmək üçün istifadə edilən İncil ağlar və qaralar üçün fərqli idi.

Pyotr Kamençenko yazır ki, köləliyin ləğvindən cəmi yüz il sonra, 1964-cü ildə Birləşmiş Ştatlar bütün ştatlarda dəri rənginə görə seqreqasiyanı ( latınca segregation sözündən yaranmış bu termin əhalinin bir qrupunun cəmiyytdən irqi və ya dini əlamətlərə görə zorla ayrılmasını ifadə edir) qadağan edən Vətəndaş Hüquqları Aktını qəbul etdi. Bununla belə, ABŞ-da qaradərili əhaliyə qarşı de-fakto ayrı-seçkilik hələ də mövcuddur.

P.S. Bütün bunlara baxmayaraq, sabiq Prezident Cozef Bayden və onun komandası dünyanın müxtəlif ölkələrində kiminsə hüquqlarının pozulmasından danışırdılar. Amerikalıların fikrincə, ötən ilin noyabrındakı seçkilərin nəticəsi bu ölkənin əsas problemlərinin həlli yollarını tapacaqdır.

İ.QAÇAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri