“Rusiya Türkiyənin Suriya sərhədində təhlükəsizliklə bağlı narahatlığını anlayır”
Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sergey Lavrov Rusiya və xarici mediaya verdiyi müsahibədə Türkiyənin Suriya sərhədində təhlükəsizliklə bağlı haqlı narahatlığını anladıqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Lavrovun xarici mediaya verdiyi açıqlamaya istinadən xəbər verir.
“Biz Türkiyə administrasiyasının və türk xalqının Suriya sərhədində təhlükəsizliklə bağlı haqlı narahatlığını başa düşürük, burada terror təşkilatlarının Suriya sərhədində üsyanı ilə bağlı əvvəllər dəfələrlə insidentlər baş verib”,- deyə o qeyd edib.
Lavrov Türkiyənin qanuni təhlükəsizlik maraqlarının Suriyanın suverenliyini, ərazi bütövlüyünü və birliyini qoruyacaq şəkildə təmin edilməli olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Türkiyənin Suriya planı: İran və Rusiya oyundan çıxarıldı
14 Dekabr 2024 20:09
Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı birgə bəyanatı Qətər yayımladı
08 Dekabr 2024 01:08
Türkiyənin Suriya ilə bağlı prioritetləri açıqlandı
09 Dekabr 2024 12:30
Qətər XİN Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı birgə bəyanatını yayıb
08 Dekabr 2024 01:38
Baxış sayı:140
Bu xəbər 26 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















