Icma.az
close
up
RU
Suriyada “azərbaycanlı general” təbliğatı: Bakı xilas edə bilər

Suriyada “azərbaycanlı general” təbliğatı: Bakı xilas edə bilər

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əsədin devrilməsindən sonra Suriyada qüvvələr balansının pozulması, xüsusilə Tehranın məzhəbə əsaslanan gücünün zəifləməsi və son baş verənlərdə məzhəb/təriqət faktorunun ön plana çıxması/çıxarılması bizim üçün bir məsələni aktuallaşdırdı: Azərbaycan İranın boşalan yerini doldura bilərmi?

Azlıq olan nuseyrilərin hakimiyyətinə son qoyulmasından sonra Suriyada şiə məzhəbinə inananların/yaxın olanların inanc üzərindən narazılıq edəcəyi gözlənilən idi, xüsusilə İran başda olmaqla, Türkiyənin güclənməsini qəbul etməyən qüvvələrin bu amildən yararlanmağa çalışması fonunda. Məsələ Suriyada yeni hökumətin azlıqlara qarşı təzyiqindən yox, bu ölkənin mürəkkəb etnik-dini-məzhəb müxtəlifliyindən qaynaqlanır və münasibətlər sisteminin həssaslığı, xüsusilə 13 illik müharibənin ağır izlərindən sonra, ortaq mövqelərin tapılmasını çətinləşdirdiyi kimi, kənar müdaxilə imkanlarını da kifayət qədər asanlaşdırır. Və müxtəlif qruplar seçimlərində etnik-dini-məzhəb yaxınlığına üstünlük verirlər.

Suriyanın ərazi bütövlüyünü dəstəkləyən və yeni hökumətə ən yaxın ölkə hesab olunan Türkiyənin məzhəb ayrılığını həll etməsi asan deyil, əksinə, Əhməd əş-Şara hakimiyyətini və Ankaranın dəstəyini “məzhəb mübarizəsi” kimi təqdim edən İran (və digər maraqlı tərəflər) bundan qarşıdurmanı körükləmək üçün istifadə edir. Ankara bu prosesdə Bakı amilindən istifadə edə bilər. Azərbaycanın mövcud vəziyyətdə nəzəri baxımdan olsa da, belə imkanları var.

1. İslamın şiə məzhəbinin çoxluq təşkil etdiyi ölkədir: bu, Suriyadakı məzhəb azlığı ilə inanc yaxınlığı yaradır;

2. Vaxtilə Gürcüstan və Şimali Qafqaz coğrafiyasının dini idarəetməsində iştirak təcrübəsinə malikdir;

2. Azərbaycan Suriya da daxil olmaqla, Yaxın Şərq coğrafiyasında qızılbaş irsinin gerçək sahibi kimi əhəmiyyətli rol oynaya bilər.

Çaldıranda ayrılığa səbəb olan amil bu gün Suriyada birliyi/bütövlüyü təmin edən faktora çevrilə bilər. Türkiyə və Azərbaycan bu haqda düşünməlidir.

Azərbaycanın praktiki müstəvidə İranın təsir zonalarına müdaxilə imkanları mübahisəlidir, lakin bunu ilk növbədə şiə türkmanları (azərbaycanlılar – red.) üzərindən başlamaq mümkün görünür. Suriyada 3 milyondan çox olan türkman arasında az bir qismi şiə məzhəbinə məxsusdur və onlar zamanında Əsəd tərəfindən mübarizə aparıblar, bu məsələdə İranın təsir imkanları da müəyyən rol oynayıb. Lakin türkman icmasında bütün türklərdə olduğu kimi, dini kimliklə yanaşı, milli kimlik də həlledici faktordur. İran şiə türkmanları təsir dairəsinə salmaq üçün məhz bu amil üzərindən də müəyyən iş aparıb. Qasım Süleymaninin “azərbaycanlı general” kimi təqdim edilməsi bu kontekstdə İranın strateji gedişi idi.

Süleymaninin “azərbaycanlı” olması iddiası üzərindən kampaniya 2017-ci ildən etibarən xüsusilə aktiv şəkildə aparılırdı. Bu, iki hədəfə hesablanmışdı:

Birincisi, Süleymanini Azərbaycanda “milli kimlik” üzərindən məşhurlaşdırmaq və qəbul etdirmək (bu təbliğatın müəyyən nəticələri oldu da): Qasım Süleymaninin xeyir-duası ilə yaradılan “Hüseyniyyun” qruplaşması İranın “müqavimət oxu” planının Azərbaycan hissəsini təşkil edirdi və plana görə, Hizbullah, eləcə də Suriya və İraqdakı dəstələrin prototipi bizim ölkəmizdə də formalaşdırılmalı idi; Süleymani haqqında “azərbaycanlı general” təbliğatı da ictimai rəydə onun və yaratdığı qruplaşmanın “xilaskar” kimi qəbul edilməsinə hesablanmışdı;

İkincisi, Suriyada şiə məzhəbinə yaxın türkmanların “azərbaycanlı” olan Süleymanini və ideyalarını yaxına buraxması, özlərindən biri kimi qəbul etmələri idi: İran bu hədəfində də müəyyən nəticələr əldə edib.

İndi situasiya dəyişib, şiə məzhəbinə inananlar/yaxın olanlar inanclarına görə mühakimə edilmək narahatlığı ilə seçim edir, eləcə də İran (və digər maraqlı qüvvələr) onların inancından öz planlarında yararlanmağa çalışır. Suriyada Türkiyə ilə birlikdə hərəkət edən Azərbaycan bu boşluğu doldurmaq imkanları haqda düşünməlidir. Bu, həm Suriyanın gələcəyi, həm Türkiyənin maraqları, həm də Azərbaycanın Yaxın Şərqəki mövqeləri baxımından əhəmiyyətlidir. Suriyada nəticə əldə etmək, İranın “müqavimət oxu” coğrafiyasında da yeni çağırışları ortaya çıxara bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Mart 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri