Suriyada gərginlik buna görə artdı Quterreş
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada siyasi həll istiqamətində gərginliyi azaltma səyləri ilə bağlı uğursuzluğun acı nəticələri ilə üzləşirik.
BMT-nin Baş katibi Antonio Quterreş belə açıqlama verib. Quterreş Suriyadakı hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib ki, BMT Təhlükəsizlik Şurasının sanksiya siyahısında olan Heyət Təhrir əş-Şam və digər silahlı qüvvələrin başçılıq etdiyi üsyançıların hücumu nəticəsində cəbhə xəttində əhəmiyyətli dəyişikliklər baş verib. Quterreş bütün tərəflərin beynəlxalq hüquqa uyğun olaraq mülki insanları qorumaq məcburiyyətində olduğunu bildirib.
Qeyd edək ki, Suriyada üsyançılar Suriya ordusunun nəzarətindəki bir sıra əraziləri ələ keçirib. Üsyançılar bəyan edib ki, onların hədəfi paytaxt Dəməşqə daxil olmaqdır. Həma nəzarət altına alınarsa, üsyançıların Dəməşq istiqamətində irəliləməsi üçün əngəl qalmayacaq. \\Metbuat.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 06 Dekabr 2024 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















