Icma.az
close
up
RU
Suriyada nə baş verir: Böyük güclərin bu ölkədəki toqquşan mardaqları...

Suriyada nə baş verir: Böyük güclərin bu ölkədəki toqquşan mardaqları...

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Suriyada yaşanan son proseslər hal-hazırda dünya gündəmini zəbt etməkdədir. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, bu yaşananlar keçən ilin oktyabrından dəyişən yeni konfiqurasiyanın nəticələri kimi qiymətləndirilə bilər. Yaxın Şərqdə heç bir hadisə təsadüf olmur və bütün hadisələr bölgədə marağı olan güclərin mürəkkəb gedişatlarının nəticələridir ki, özünü bu şəkildə göstərməkdədir.

İlk növbədə onu vurğulamaq lazımdır ki, Suriyadakı aktivlik məhz İsrailin Livanla əldə etdiyi razılaşmadan bir gün sonra baş verdi. Qəzzada HAMAS, Livanda Hizbullahla bağlı əməliyyatlardan sonra İsrailin Suriyada şiə milis dəstələri, İraqda Haşdi-Şəbi, Yəməndə isə Ənsurallah üzərində təzyiqlərini artıracağını ehtimal etmək olardı. Suriyada HTŞ-nin aktivliyini və Hələb istiqamətində hücumunu artıq prosesin ardı kimi dəyərləndirmək mümkündür".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Vüqar Zifəroğlu deyib. 

O bildirib ki, burada xüsusi incə bir məqam var: "ABŞ-ın HTŞ-ni terror təşkilatı kimi tanımasına rəğmən proseslərə həm də seyrçi mövqedən yanaşması və sadəcə diplomatik tonda, həm də bəzi hallarda ziddiyətli açıqlamalar verməsi, İsrailin isə ümumiyyətlə səssiz qalmasıdır.

Suriyadakı münaqişə və xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. ABŞ, Rusiya, Türkiyə və İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir. Hər bir ölkənin mövqeyi onların regional siyasətlərindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır.

Əslində bölgədə yaşananların mürəkkəbliyini tam çılpaqlığı ilə ortaya qoyan sxem kimi ABŞ, İran, Rusiya və Türkiyə faktorlarının proseslərdəki münasibətlərini qeyd etmək mümkündür".

V.Zifəroğlu hesab edir ki, bu dörd gücün mövqeləri bir çox məsələdə bir-birinə ziddir: ABŞ-Türkiyə gərginliyi: ABŞ-ın PKK/YPG/PYD-yə dəstəyi Türkiyənin maraqlarına ziddir.

Rusiya-Türkiyə əməkdaşlığı və rəqabəti: Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu qəbul edir, Moskva Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini qəbul edir. Lakin hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə (HTŞ-nin nəzarətindədir!) fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər.

ABŞ-İran qarşıdurması: İranın bölgədəki təsiri ABŞ-ın Suriya siyasətinin əsas əks nöqtəsidir.

Türkiyə-İran rəqabəti: İran birmənalı şəkildə Əsəd rejiminə dəstək verir və eyni zamanda bölgədə öz proksi qüvvələri vasitəsi ilə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı çıxır. Bu zaman hətta bölücü kürd terror qruplaşmalarını da təbii müttəfiq şəklində görür.

ABŞ-Rusiya qarşıdurması: Vaşinqton heç bir halda Yazın Şərqdə Rusiyanın təsirini görmək istəmir. Ələlxüsus Lazkiyada hərbi baza onu narahat edir. Ərəb baharından sonra bir sıra mövqelərini (məsələn, Liviyada) qoyub çıxamağa məcbur olmuş Moskva üçün isə ora son istinad nöqtəsi, isti dənizlərə çıxış imkanı verən strateji qapıdır. Suriyada strateji hərbi mövcudluğunu qorumaq və Tartus dəniz bazası vasitəsilə Aralıq dənizində təsirini artırmaq həyati əhəmiyyət kəsb edir".

Siyasi şərhçinin sözlərinə görə, hal-hazırda qarşıda Həma və Homs şəhərləri uğrunda əsas taleyüklü döyüşlərdən biri gözlənilir: "Eyni zamanda müxalif qüvvələr PKK terror birləşmələrinin əsas dayaq nöqtəsi olan Tel-Rifat istiqamətində hücumlarını davam etdirirlər və mərkəzə nəzarət etdikləri ilə bağlı vizual təsdiqlər var. Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti ələ keçirə bilsə, bu, ilk növbədə ciddi strateji qələbə olacaq:

1. Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq;

2. Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək;

3. İranın etibarlı nümayəndələri (və buna görə də Tehran) Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq;

4. Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ ilə birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi müəllifə çevrilmək üçün unikal imkan yaranacaq. Bu 4 məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaradır. Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur.

Suriya münaqişəsi regional və beynəlxalq güclərin maraqlarının toqquşduğu bir mərkəz olaraq qalır. Türkiyə, ABŞ, Rusiya və İran bu proseslərdə fərqli məqsədlər güdürlər. Son hadisələr – xüsusilə Heyəti Təhrir əş-Şam (HTŞ) qruplaşmasının fəaliyyətinin artması, İdlib bölgəsindəki gərginlik və Şimali Suriyadakı hərbi dinamika – bu güclərin hədəflərini və strategiyalarını yenidən aktuallaşdırır".

V. Zifəroğlu vurğuladı ki, Türkiyə, Suriya münaqişəsində aktiv iştirak edən regional güclərdən biridir: "Onun hədəfləri əsasən təhlükəsizlik, qaçqın böhranı və milli maraqlar ətrafında formalaşır. Qardaş ölkənin əsas hədəfləri sırasında ilk yerdə Suriya ilə sərhədlərində sabitliyi qorumaqdır. Xüsusilə YPG/PYD və PKK təhlükəsini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şimali Suriyada təhlükəsiz zona yaratmaq planları, Türkiyəni həm kürd qruplaşmalarından qorumağa, həm də qaçqınların geri qaytarılmasına yönəlib. İkinci hədəf qaçqın böhranının həllidir. Türkiyə, hazırda ölkəsindəki təxminən 3,6 milyon suriyalı qaçqını öz sərhədləri daxilində təhlükəsiz zonalara köçürmək istəyir. Bu məqsəd, həm daxili sosial-siyasi təzyiqləri azaltmağa, həm də bölgədəki təsirini gücləndirməyə xidmət edir. Üçüncü hədəf isə təbii ki, İdlibə nəzarəti qorumaqla bağlıdır. Türkiyə, İdlibdəki HTŞ və digər qruplaşmaların fəaliyyətini birbaşa dəstəkləməsə də, bu bölgədə öz təsirini qorumağa çalışır. Bu, həm Suriya rejiminin hücumlarını məhdudlaşdırmaq, həm də qaçqın axınının qarşısını almaq məqsədi daşıyır.

Bu mənada Türkiyə strateji məqsədlər olaraq Rusiya ilə balansı saxlamağa çalışır, eyni zamanda bölücü terror qruplaşmalarına dəstək verdikləri üçün Vaşinqtonla fikir ayrılığı olsa da, Qərb ittifaqını tam itirmək istəmir".

Şərhçi qeyd etdi ki, ABŞ-ın strateji hədəfləri sırasında ilk yeri isə Rusiya və İranın bölgədə artan təsirini məhdudlaşdırmaq, Türkiyəni isə özündən asılı vəziyyətə salmaq istəyi durur: "Həmçinin Suriyanın enerji mənbələrinə nəzarət Vaşinqtonun uzunmüddətli maraqlarına daxildir. Həm Türkiyəyə təzyiq, həm də eneji mənbələrinə nəzarəti təmin etmək üçün ABŞ bölücü kürd terror qruplaşmalarından maksimum dərəcədə faydalanır. Rusiya və İrana qarşı isə zaman-zaman radikal islami qruplaşmalar vasitəsilə müəyyən həmlələr edir. Bu mənada ABŞ, İranın Suriya vasitəsilə Livana və Hizbullaha uzanan "Şiə Hilalı" strategiyasını dağıtmağa çalışır.

Rusiya, Suriya münaqişəsini öz regional və qlobal təsirini gücləndirmək üçün bir vasitə kimi görür. Moskva, münaqişədə hərbi və diplomatik dominantlıq əldə etməklə yanaşı, öz müttəfiqlərinin maraqlarını qoruyur. Rusiya, Suriyada Əsəd rejiminin davamlılığını təmin etməklə öz müttəfiqini qoruyur. Bu həm də Qərbin rejim dəyişikliyi strategiyasına qarşı durmaq məqsədinə xidmət edir. Vurğulamaq lazımdır ki, Rusiyanın Tartus limanı və Hmeymim aviabazası Aralıq dənizində strateji hərbi mövcudluq üçün kritik əhəmiyyətə malikdir.

İran isə Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışır. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiqdir. Rejimin sabitliyi İranın Suriya vasitəsilə Livanda Hizbullaha dəstək verməsinə şərait yaradır. İran eyni zamanda İran, İraq, Suriya və Livanı birləşdirən bir "şiə təsir xətti" yaratmaq istəyir. Bu, İranın regional hegemonluğunu təmin edir. İranın Suriyada hərbi varlığı, həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlib. Bu, İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsidir".

Nərgiz,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri