Icma.az
close
up
RU
Suriyada nə baş verir?

Suriyada nə baş verir?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Suriyada 2011-dən bu yana baş verənləri Azərbaycanın gələcəyini, potensial riskləri anlamaq üçün mühüm hesab edirəm. Həm də, son aylarda ətrafımda daha çox Suriyalılarla ünsiyyətim olduğu üçün baş verənləri yaxından izləməyə çalışıram.
Son günlərdə Suriyadan yumşaq desək, xoş olmayan xəbərlər gəlir. Bu xəbərlərin fonunda vaxtilə İran, Misir, Liviya və başqa inqlablardan sonra da deyilmiş “qədrini bilmədilər”, “sabitçiliyi məhv etdilər”, “gələn gedəndən betər olur”, “o biri yeyib doymuşdu, bunlar ac gəlib” və digər oxşar səfsətələr yenə baş qaldırıb. Həmişəki kimi, şər mediyası və Əsədəoxşamışların əlaltıları da yaxşıca özlərinə əl qatıblar.
Əlbəttə, heç kim Suriyadan İsveçrə qayırılacağını gözləmirdi. Bu olanlar aşağı-yuxarı təxminediləndir. Amma önəmli məqam budur ki, bu olanlar və olacaqlar niyə baş verir? Məsuliyyət kimin üzərindədir?
2011-ə qədər Suriya Azərbaycanlılar demiş “sabitçiliklə”, “çiçəklənməklə” məşğul idi. Kimsə desəydi ki, bu ölkədən İŞİD komandanları çıxacaq, başkəsən ordular yaranacaq, heç kəs ilk baxışda inanmazdı. İndi mem mövzusuna çevrilmiş Suriya üzrə araşdırmaçı Hüsnü Mahallinin məhşur tvitini də xatırlamaq üçün rəyə əlavə edirəm.
Elə isə, Suriya niyə bu günə düşməyə məhkum oldu? Çünki, orada elə bir durum var idi ki, heç hökumət özü də bilmirdi ki, ölkədə neçə potensial başkəsən var. Sistem hər şeyin üstünü örtəndən, bütün problemlər güc yolu ilə basdırılandan, seçki, vətəndaş cəmiyyəti sıradan çıxarılandan sonra nə gözləmək olardı? Kim Suriyanı xilas edəcəkdi? Axı, belə toplumlar heç bir fərdi və ya qrup təşəbbüsləri ortaya qoya bilmirlər. Bu bacarıqları lap bağçadan, məktəbdən məhv edilir. Hamı tapşırığa boyun əyməyə proqramlaşdırılır. Fərqi yoxdur, Əsədin tapşırığı və ya İŞİD’in (onlar üçün Allahın) tapşırığı… Potensial liderlər öldürüləndə, həbslərdə çürüdüləndə, sürgün ediləndə sistem çalxalayan zaman ən qəddarlar, ən radikallar bu liderliyi əldə edir və tapşırıqları boyun əyməyə alışmış topluma diqtə etməyə başlayır. Buna heç çoxluq da lazım deyil. Məgər HTŞ Suriyada çoxluğun dəstəklədiyi idimi? Əlbəttə yox. Elə isə nə oldu?
Buna da cavab sadədir. Axı orda demokratiya, çoxluq rəyi, qrup təşəbbüsü yox idi. Yuxarıda da dediyim kimi, ən radikal azlıq hakimiyyəti ələ ala bildi. Gəlin, bunun da adını deyək: “Mütəşəkkil azlıq”.
Diktatorlar parazit kimi ölkələri içdən məhv edir, kənardan isə yaxşı görsətməyə çalışır. Bir gün içində hər şey bitəndə o gözəl görünən qabıq da çatlayır. Parazit qaçır gedir. Mütəşəkkil azlıqlar, başkəsənlər ölkəni paramparça edir, ələ alır. Biriləri də qayıdıb deyir ki, nə oldusa, o parazit gedəndən sonra oldu…
Bir də qayıdaq başa. Suriyanı yarım əsr ərazində tədricən içdən məhv edən Əsəd ailəsi bütün bu olanlara görə birinci növbəli məsuldur…
Əmrah Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Mart 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri