Suriyada silahlı müxalifət Palmira şəhərinə daxil olub
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyanın Əl-Tənf zonasından olan “Ceyş Suriya əl-Hurra” qruplaşmasının silahlılarının Palmiraya və Deyr əz-Zora gedən magistral yoldakı bütün yaşayış məntəqələrinə çatıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” hərbi bloqu məlumat yayıb.
Yaraqlılar heç bir müqavimətlə qarşılaşmayıblar. Videoda qrup üzvləri sakit və yüngül motosikletlərə minərək Palmiranın kənarına daxil olduğu görünür.
“Göründüyü kimi, Suriya ordusu sadəcə olaraq bütün mövqelərini tərk edərək Dəməşqə çəkilib və ya sadəcə qaçıb. Suriya qoşunları iki dəfə azad edilən Palmiranı üçüncü dəfə itirdi”.

İsrail Palmira şəhərinə hücum edib
20 Noyabr 2024 15:49
Suriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olub
05 Dekabr 2024 13:41
Suriyada müxalifət qüvvələri Həma şəhərinə daxil olmağa başlayıb
05 Dekabr 2024 13:32
Suriyada müxalifət qüvvələri Səraqib şəhərinə daxil olmağa başlayıb
30 Noyabr 2024 01:31

