Icma.az
close
up
RU
Suriyalılar üçün tarixi an 14 illik fasilədən sonra keçirilən ilk seçki

Suriyalılar üçün tarixi an 14 illik fasilədən sonra keçirilən ilk seçki

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Suriyada ötən bazar günü Bəşər Əsəd rejiminin istefasından sonra ilk dəfə qeyri-adi, maraqlı parlament seçkinin nəticələri elan olunub. Seçkidə təxminən 6 000 regional seçki kollegiyası üzvləri yeni parlamentin (Xalq Məclisi) 210 deputatdan ibarət təxminən 2/3 hissəsinin formalaşdırılması prosesinin bir hissəsi olaraq əvvəlcədən təsdiqlənmiş siyahılardan namizədləri seçiblər. Suriya Prezidenti Əhməd Əş-Şaraa sonradan qalan üçdə bir hissəni təsdiq edəcək. İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin onların aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşqətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Dəradan altı və Kuneytrdən üç deputat seçilib. "Reuters"in seçki müşahidəçilərinin məlumatlarına əsaslanan hesablamalarına görə, yeni deputatlardan altısı qadındır. Onlar qeyd edirlər ki, ümumilikdə 10 yer dini və etnik azlıqlara məxsusdur. Qeyd edək ki, bu, Suriyada keçmiş dövlət başçısı Bəşər Əsədin devrilməsindən və Əhməd Əş-Şaraanın hakimiyyətə gəlişindən sonra keçirilən ilk parlament seçkisidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Suriyalılar üçün tarixi an

Suriyada 14 illik vətəndaş müharibəsindən sonra keçirilən seçkiyə münasibət fərqlidir. Tənqidçilər bildirirlər ki, təhlükəsizlik səbəbləri ilə Raqqa, Həsəkə və Süveyda əyalətlərində səsvermə məntəqələri qurulmayıb. Hakimiyyət mövcud proseduru seçməsini ölkədəki çoxillik vətəndaş müharibəsi səbəbindən etibarlı demoqrafik məlumatların olmaması ilə izah edib. Səsvermə zamanı Əş-Şaraa Dəməşqdəki Milli Kitabxananın seçki mərkəzində çıxış edərək, bu seçkini "suriyalılar üçün tarixi an" adlandırıb və hakimiyyətin cəmi bir neçə ay ərzində "hazırkı şəraitə uyğun" seçki prosesini təşkil etməyi bacardığını vurğulayıb. "Syria Direct" portalının yazdığına görə, seçki kampaniyası zamanı namizədlərin heç biri açıq təbliğat aparmayıb, böyük şəhərlərdə seçkiqabağı plakatlar, reklam lövhələri olmayıb. Səsvermə prosesinə Əş-Şaraa tərəfindən təyin edilən 11 üzvdən ibarət Ali Komitə nəzarət edib. Bu qurum öz növbəsində yerli hakimiyyətlə məsləhətləşmədən sonra regional seçici nümayəndələrini seçib. "Reuters"in məlumatına görə, namizədlər siyahısında 1 578 nəfər olub, onlardan 14% qadınlar idi. Suriyanın ali seçki komissiyasının üzvü Həsən əd-Daqim "RİA Novosti"yə bildirib ki, devrilmiş rejimin tərəfdarlarına səs vermək və ya namizədliklərini irəli sürmək imkanı verilməyib.

Yeni parlamentin deputatlarının səlahiyyət müddəti cəmi 30 ay təşkil edir. Bu müddət ərzində onlar yeni seçki qanunu qəbul etməli və yenilənmiş konstitusiya hazırlamalıdırlar.

Əhməd Əş-Şaraa tələsir

Seçki günü Milli Kitabxanada rəsmilərlə bir araya gələn keçid administrasiyasının prezidenti, Təhrir əş-Şam (HTŞ) lideri Əhməd Əş-Şaraa verdiyi açıqlamada Suriyanın içində olduğu həssas prosesə diqqət çəkərək bunları qeyd edib: "Müharibə və xaos şəraitindən qısa zamanda Suriya seçkiləri prosesinə keçid xalqımızın iradəsinin və dövlət qabiliyyətinin göstəricisidir. Bu, fərdi deyil, kollektiv səylərin uğurudur". Əş-Şaraa, həmçinin Məclisin qanunvericilik vəzifələrinə yenidən başlaya bilməsi üçün millət vəkillərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Gözləməkdə olan qanunların və büdcə layihələrinin həyata keçirilməsi üçün Məclisi fəaliyyətə qaytarmalıyıq. Qanunların işləkliyini təmin etmək, hökumətə nəzarət etmək millət vəkillərimizin borcudur".

Türkiyə məmnundur

Ölkənin qanunverici orqanında yer əldə edənlər arasında Suriya Türkmənləri Assosiasiyaları Federasiyasının sədri Tarık Sulo Cevizci də olacaq. 8 dekabr çevrilişindən sonra Suriyanın siyasi, iqtisadi və təhlükəsizliyinin yenidən qurulmasında mühüm rol oynamış lider ölkə olan Türkiyə də seçkilərin keçirilməsindən məmnundur. Xarici işlər naziri Hakan Fidan seçkinin əhəmiyyətini vurğulayaraq, "bu, hökumətin Suriyada yeni bir həyat və sistemin qurulmasını elan etməsindən sonra, mahiyyət etibarı ilə institutsionallaşma kimi ikinci mühüm addımdır" deyib. Onun sözlərinə görə, hazırda Suriyanın fiziki bütövlüyünə təhlükə yaradan ünsürlər aradan qaldırılmalıdır. YPG indi niyyətlərini açıq şəkildə ifadə etməli və Dəməşqlə razılığa gəlməlidir. Bundan başqa, cənubdakı druz problemi ölkənin bütövlüyünü təhlükə altına atmadan, hər iki tərəfin məqbul perspektivi ilə müsbət şəkildə həll edilməlidir.

Beynəlxalq media nə yazır?

Seçkiyə beynəlxalq reaksiyalar birmənalı deyil. Məsələn, CNN "narahatdır" ki, kürd və druz bölgələri bu prosesdən kənarda qalıb, dini və etnik azlıqlar üçün kvota olmayıb. Bu da yeni parlamentdə Suriya əhalisinin maraqlarının nə dərəcədə təmsil olunacağı suallarını yaradır. "Əl-Cəzirə" isə yazır ki, çatışmazlıqlara baxmayaraq, bu seçkilər suriyalılar üçün ölkənin çoxsaylı və əhəmiyyətli problemlərini həll etməyə başlaya biləcək bir qurumda təmsil olunmaq yolunda mühüm addımdır. "Jerusalem Post" isə yazır ki, bu seçki Dəməşq üçün mühüm addımdır:

"Ancaq fəsadlar da var. Yeni keçid hökuməti bütün Suriyaya nəzarət etmir, yəni ayrı-ayrı bölgələrdə seçkilərin keçirilməsi çox çətindir". İranın "Bornna News" nəşri isə yazır ki, "yeni rejimin hakimiyyətə gəlişindən sonra keçirilən seçki bəzi ərəb dövlətlərinin sistemlərinin təkrarıdır: "Onlar demokratiya bayrağı altında saxlanılır, lakin Suriya xalqının parlamentdə heç bir real təmsilçiliyi yoxdur". Nəticə etibarilə, bu seçkilər Suriyada yeni dövlətin inşası istiqamətində növbəti addımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see181

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see137

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see137

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see135

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri