Türkiyədə suriyalılar üçün pulsuz səhiyyə xidməti dayandırılır
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyadakı müharibənin başa çatmasından bir il keçməsinə baxmayaraq, Türkiyədə yaşayan suriyalıların ölkələrinə qayıdışı gözlənilən sürətdə getmir. 8 dekabr 2024-cü ildən bu yana təxminən 600 min suriyalı vətəninə dönüb. Hazırda isə 2 milyon 370 min suriyalı Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayır.
Gununsesi.info xəbər verir ki, geri dönüşləri sürətləndirmək üçün müvəqqəti qoruma statusunun dərhal ləğvi təklif olunsa da, Prezident Rəcəb Tayyib Ərdoğan zorla geri göndərməyə qarşı çıxıb. Nəticədə geri dönüşlərin mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.
Qərara əsasən, yanvarın 1-dən etibarən suriyalılar üçün pulsuz səhiyyə xidməti dayandırılacaq və tibbi xidmətlər ödənişli olacaq. Növbəti mərhələdə isə müvəqqəti qoruma statusları tədricən ləğv ediləcək. Bu halda suriyalılar Türkiyədə qalmaq üçün yaşayış icazəsi almalı olacaqlar ki, bu da ciddi şərtlərlə mümkün olacaq.
Məlumata görə, şərtləri yerinə yetirə bilməyən şəxslər ölkəni tərk etməli olacaqlar. Bununla yanaşı, ölkəsinə qayıtmaq istəyən suriyalıların yol xərcləri və maddi dəstəyi BMT fondları hesabına qarşılanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 14 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















