Icma.az
close
up
RU
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?

Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


İsrail Suriyanı parçalamaq üçün druzları və kürdləri bəhanə edir. Bu, çoxdankı İsrail doktrinasına uyğundur.
Reyting.az
xəbər verir ki, bunu analitik Trita Parsi bildirib.
O, “X” səhifəsində qeyd edib ki, 1950-ci illərdə Ben Qurion “periferiya doktrinası”nın təməlini qoyub: “Yəni İsrailin təhlükəsizliyi, İsrail ətrafındakı ərəb dövlətlərini balanslaşdırmaq üçün İsrailin periferiyasında yerləşən qeyri-ərəb və qeyri-müsəlman azlıqlarla ittifaqlar yaratmaqla təmin edilməli idi. İsrailin ən mühüm qeyri-ərəb potensial müttəfiqləri Efiopiya, Türkiyə və İran idi. Lakin İsrail həm də bölgədəki qeyri-ərəb/müsəlman azlıqlarla ittifaqlar yaratmağa çalışdı: İraq və Suriyadakı kürdlər, Livandakı maronitlər və təbii ki, druzlar”.

T. Parsi yazır ki, parçalanmış Suriya, İsrail sərhədində müştəri-druz dövləti və daha şimalda kürd dövləti İsrailə çox yaraşar. Mövcud ərəb dövlətlərini daha kiçik dövlətlərə bölmək İsrailin bölgə üzərində hərbi hegemonluğu qurmasını və davam etdirməsini asanlaşdıracaq:
“Bənzər bir plan İran üçün də çoxdan mövcuddur. Hərbi qüvvələri məğlub etdikdən sonra ölkə daha kiçik dövlətlərə bölünəcək, sərhədyanı bölgələrdə azlıqların üstünlük təşkil etdiyi bölgələr müstəqillik elan edəcəklər. Bu, təkcə İsrailin planı deyil. Səddam Hüseynin keçmiş xarici işlər naziri Tariq Əziz açıq şəkildə bəyan etdi ki, “altı kiçik İran” bir böyük İrandan daha yaxşı olardı.
Buna görə də bəzi mühacir iranlı müxalif qrupların İsraillə sıx əməkdaşlığı İranın gələcək ərazi bütövlüyü və müstəqilliyi üçün çox təhlükəlidir.

Bunun region üçün nə demək olduğunu anlamaq da vacibdir: dövlətlərin parçalanması nəticəsində yaranan qeyri-sabitlikdən başqa, İsrailin regional dominantlıq strategiyası İsrailin hegemonluğuna meydan oxumaq gücünə malik heç bir dövlətin və ya dövlət koalisiyasının heç vaxt yaranmamasını təmin etmək üçün müəyyən səviyyədə daimi qeyri-sabitlik tələb edir.
Beləliklə, Amerika hegemonluğu Yaxın Şərqdə davamlı və güclənən qeyri-sabitliyə səbəb olduğu kimi, İsrail hegemonluğu (yaxud hegemonluğu qurmaq cəhdi) yəqin ki, daha da böyük şiddət və nifaq səviyyəsini təmin edəcək”.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri