Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Suriyanın parçalanması ən təhlükəli ssenaridir TƏHLİL

Suriyanın parçalanması ən təhlükəli ssenaridir TƏHLİL

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail regionun siyasi xəritəsini öz maraqları çərçivəsində tərtib etmək istəyir


Suriyada devrilmiş Bəşər Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa olunub. Suriyanın yeni hakimiyyətinə qarşı olan bəzi ölkələr bunu "ələvi, xristian və etnik azlıqlara qarşı mübarizə" kimi qiymətləndirməyə çalışıblar. Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib ki, yeni hakimiyyət heç bir xarici qüvvənin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək: "Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir". Onun sözlərinə görə, Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi: "Hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq". O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vurğulayıb. 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib ki, Suriyada dini-etnik zəmində provokasiya hazırlanır. Çelik Türkiyənin Suriyanın ərazi bütövlüyünü və milli birliyini sona qədər müdafiə etdiyini bildirib: "Suriya suriyalılara məxsusdur” dedikdə, bütün qrupları əhatə edən və onların təhlükəsizliyini təmin edən bir quruluşun ortaya çıxmasını nəzərdə tuturuq. Nusayri, sünni, ələvi, druz, türkmən, ərəb, kürd terrorçusu ifadələri yanlışdır”. İsraildən sığınacaq və müdafiə istəyənlərə reaksiya verən Çelik bütün bunların açıq-aşkar təxribat olduğunu qeyd edib: “Biz onları yaxından izləyirik. Bütün bunlar beynəlxalq müdaxilə çağırışlarıdır. Bu terroru həyata keçirənlər İsrailin buraya müdaxilə etməsini təmin etməyə çalışır". Rusiya və ABŞ isə Suriyanın qərbində "dinc əhaliyə qarşı zorakılıq" halları ilə bağlı BMT Təhlükəsizlik Şurasından təcili qapalı məsləhətləşmələr tələb ediblər. 


Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, proseslər devrilmiş lider Bəşər Əsədə bağlı qüvvələrlə Əhməd əş-Şaraya sadiq yeni hökumət gücləri arasında döyüşlər kimi təqdim edilir, lakin məsələ bir qədər fərqlidir. Ekspertə görə, hər şeydən öncə ələvi və nusayrilərin Əsədin devrilmə prosesində susub, o, ölkədən qaçandan aylar sonra hərəkətə keçməsi məntiqsiz görünür: 


"Ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik iddiası ilə çıxış etməsi gözlənilirdi. Onsuz da Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içində idilər. Ələvilərdən fərqli olaraq nusayrilər Əsəd ailəsinin ən sadiq tərəfdarları olub. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın hakimiyyətə gəlməsi fonunda ələvi-nusayrilərin hədəfə gəlməsi an məsələsi idi. Əslində, bunun ən təməl səbəbi əş-Şaranın radikal keçmişi ilə bağlıdır. İŞİD-in Yaxın Şərqdə yaratdığı qorxu və etdiyi qətliamlar, Əş-Şaranın bir dövr yollarının bu terror təşkilatı ilə kəsişməsi ələvi-nusayriləri narahat edirdi. Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər buna inanmır. Əş-Şaranı hərəkətə keçirən əsas məsələ isə bu ilin fevralında türkmənlər, kürdlər və ərəblərdən ibarət Suriya ələvilərinin ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyət elan etməsi oldu. Ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus vilayətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür, çünki Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsinin muxtar olması Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər".


Ekspert qeyd edib ki, indiki məqamda əsas sual isə ələviləri üsyana kimin sövq etməsidir: 

"Əslində, bir çox yerli-xarici ekspert Rusiya-İran faktorunu qabardır. Xüsusilə İranın ələvi qiyamının pərdəarxasındakı ölkə olduğunu iddia edir. Bu iddianı əsaslandıranların arqumenti isə dekabrın sonlarında Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqə ilk səfərində İranın ali rəhbəri Əli Xameneinin Suriya gənclərini “ayağa qalxmağa” çağırmasıdır. İran ali rəhbərinin ələvilər üzərində nüfuzu yoxdur. Ümumiyyətlə, ələvilik şiəlikdən gəlsə də, xeyli fərqləri var. Bu mənada İrandan çox prosesin pərdəarxasında İsrailin olması daha realdır. Bunu ələvi qiyamının başladığı vaxt da təsdiq edir. Qiyam yeni hökumətin cənubda druzi, şərqdə isə kürd separatizmi arasında sıxışdığı bir vaxtda başlayıb. Proses sabiq rejimlə yeni rejim arasındakı güc və sərvət mübarizəsi kimi görünsə də, regional dinamika daha çox diqqət çəkir". 


T. Rzayevin fikrincə, İsrail regionun siyasi xəritəsini öz maraqları çərçivəsində tərtib etmək istəyir: 

"Bu prosesi Qəzzada HƏMAS, Livanın cənubunda “Hizbullah”la mübarizə fonunda açıq-aydın gördük. Sıra Suriyadadır. Qeyd etdiyim kimi, İsrail Suriyanı zəiflətmək üçün cənubda druzi, şərqdə kürd, şimal-qərbdə isə ələviləri ayaqlandırır. Təl-Əvivin Suriyanı parçalayıb, ya da sırf zəiflətmək üçün belə bir plan irəli sürdüyünü zaman göstərəcək. Proses Suriya üçün heç də xoş deyil".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri