Icma.az
close
up
RU
Suriyanın süqutunda qaz faktoru

Suriyanın süqutunda qaz faktoru

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


İsrail Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra, Suriya sərhəddində 1967-ci ildən zəbt etdiyi Qolan təpələrindəki bufer zonasını yeni ərazilərlə genişləndirib. Baş nazir Benyamin Netanyahu İsrailin də Bəşər Əsəd rejiminin devrilməsində rolundan danışıb hərçənd ki, buna heç şübhə də yoxdur. Baş nazirin tələsik belə bir açıqlama verməsi, Türkiyə və ABŞ-ın Suriyadakı qələbəsinə şərik olmasına və Suriyanın parçalanacağı təqdirdə pay əldə etmək niyyətinə söykənir.
Ancaq vəziyyət İsrail üçün arzuolunan şəkildə o qədər də asan deyil. Əvvəla, Türkiyə İsrailə bu imkanı verən deyil. Yeni Suriya hakimiyyəti də artıq İsraildən ordusunu geri çəkməyi tələb edir. Ən vacib şərt isə İsrailin Suriyada pay qoparmaq arzusuna ABŞ-ın münasibətidir. Məsələ ondadır ki, faktiki Suriya bir neçə hissəyə bölünüb və hissə-hissə idarə olunur. ABŞ ona loyal olan yeni hakimiyyət və Heyət Təhrir əş-Şam (HTŞ) lideri Məhəmməd Colaninin bütün Suriya üzərində hakim və vahid qüvvə olması üçün İsrailin tutduğu ərazilərdən geri çəkməyi tələb edə bilər. Ancaq ABŞ - ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin arzularını nəzərə ala bilər. Bu da istisna deyil. Yeri gəlmişkən, Türkiyə, ABŞ və bir sıra digər, eləcə də region dövlətləri Suriyanın ərazi bütövlüyü və suverenliyinin saxlanması barədə çıxış edib.
Suriyanın süqutu, Bəşər Əsəd rejiminin devrilməsinin əsas səbəblərindən biri kimi, Qətərdən Avropaya qaz ixracının Suriyadan da tranzitinə Bəşər Əsədin razılaşmaması göstərilir. Bəşər Əsədin Qətərdən qaz ixarına ərazisindən icazə verməməsini isə Rusiyanın istəklərinə uyğun Avropanın Rusiyadan qaz asılılığını qorumaq olub. Əlbəttə ki, bu yanaşma inandırıcıdır. Bəşər Əsədin müraciətinə rəğmən ərəb ölkələrinin ona siyasi sınacaq verməsindən imtina etməsi, Rusiyanın isə Bəşər Əsədə sahib çıxması səbəbi müəyyən mənada bu fakta da əsaslana bilər. Sözsüz ki, ərəb dünyasının Bəşər Əsədə mənfi münasibətində onun İranla sıx əlaqələri də xüsusi çəkiyə malikdir. Həmçinin, nəzərə alsaq ki, Türkiyə də qaz ehtiyatları kəşf edib və istismarına başlayıb, onda onun da Avropaya qaz tranzitinə maneəni aradan qaldırılmalı idi. Qətərdən, Türkiyədən Avropaya və digər regionlara qaz ixracı Rusiyanın enerji daşıyıcılarından asılılığın aradan qaldırılması üçün ən optimal variant hesab olunur və Kollektiv Qərb, xüsusən də ABŞ tərəfindən dəstəklənir.
Digər bir versiya da ondan ibarətdir ki, Suriya məsələsində Türkiyə və Rusiya sövdələşib. Türkiyə Rusiyaya Ukrayna ilə bağlı siyasətinə yaşıl işıq, Rusiya isə Türkiyəyə Suriya ilə planlarına yaşıl işıq yandırır. Suriyadan rus bazalarının çıxarılmasında Türkiyədən kömək istəməsi və üstəlik Ərdoğanın dünən (09.12.2024) Qaziantepedə gənclərlə görüşündə "dünyada iki lider qaldıq – bir mən, bir Putin”-açıqlaması arxasında çoxlu məqamlar gizlədir.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri