Icma.az
close
up
RU
Suriyanın sonsuz savaşları

Suriyanın sonsuz savaşları

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qan Turalı yazır...

Ahmet Kayanın "Ortadoğu" adlı bir mahnısı var. 1984-cü ildə vəfat edən Həsən Hüseyn Qorxmazgilin şeirinə 1985-ci ildə bəstələnən bu mahnı Yaxın Şərqin uğursuz taleyini çox dəqiq ifadə edir. 1985-ci ildə də televiziyalar Yaxın Şərqdəki hadisələri göstərirdi, 2025-ci il də.

İran-İsrail müharibəsi başa çatdı. Bu dəfə isə Suriya diqqət mərkəzindədir. İsrail Dəməşqdə prezident iqamətgahını, Müdafiə Nazirliyini bombaladı. Müharibənin səbəbi isə druzlar.

Əvvəlcə, kiçik bir arayış verək. Druzlar İsraildə, Livanda və Suriyada yaşayır və ərəb dilində danışırlar. Ancaq onlar üçün dini pasport daha əhəmiyyətlidir, özlərini ərəb yox druz kimi təqdim edirlər. Onların dini inanclarının kökü İslamın şiə məzhəbinin ismaili qolu ilə bağlıdır, lakin druzların özünəməxsus mistik və ezoterik təlimləri var. Şiəlikdən və əlbəttə ki, sünnilikdən fərqli inanc sisteminə malikdirlər. Buna görə də druzlar həm ələvilər, həm də sünnilərdən seçilirlər və bu fərqlər tarix boyunca müxtəlif miqyaslı gərginliklər yaradıb.

Bəşir Əsəd hökuməti ələviləri qabağa çəkib, sünniləri sıxışdırırdı. Mövcud hökumət isə sünni daha dəqiq desək sələfi mənşəlidir. Hər iki hökumətin bəlkə də yeganə ortaq cəhəti druzlara münasibətdir. Druzların da bu məngənədə müttəfiqi heç şübhəsiz ki, İsraildir. İsrail regionda yaşayan əzilən etnik qruplarla daim xoş münasibət saxlayır. Buna misal olaraq Livan xristianlarını da göstərmək olar. Yeri gəlmişkən, bir faktı da qeyd edək. Son günlərdə Yaxın Şərqlə bağlı verdiyi radikal açıqlamalarla gündəmə gələn ABŞ Prezidentinin Suriya nümayəndəsi Tom Barak da livanlı xristian ailəyə mənsubdur.

Suriyanın çoxməzhəbli və çoxmillətli strukturu mövcud problemlərin əsas qaynağıdır. Daha doğrusu, çoxmillətli və çoxməzhəbli bir dövlət üçün adekvat idarəetmə strukturlarının, sekulyar yanaşmanın olmaması problemlərin əsas mənbəyidir.

Digər bir səbəb isə heç şübhəsiz ki, Suriyada rejimin ölkədəki vəziyyətə tam nəzarət edə bilməməsidir. Bir çox hallarda HTŞ qüvvələri sərbəst şəkildə hərəkət edir və Dəməşqin siyasəti ilə hesablaşmır. Bir müddət əvvəl ələvilərlə bağlı eynilə druzlarda olan kimi, silahlı toqquşmalar baş vermişdi. Ancaq hökumətin günahkarları cəzalandırmaması druzlarla olan münaqişədə də cihadçı qüvvələrə ilham verir.

Suriya prezidentinin vəziyyəti düzəltməyinə, əmin-amanlığı bərpa edəcəyinə Qərbdə və elə Şərqdə də inam çoxdur. BƏƏ-nin Suriyada 800 milyon dollarlıq liman investisiyası, eləcə də ABŞ, Avropa İttifaqı, Böyük Britaniyanın Suriyaya qoyulan sanksiyaları tamamilə ləğv etməsi və yumşaltması da bu inamın təzahürüdür.

Türkiyə və Azərbaycan da bu kontekstdə Suriyaya aktiv yardım edir. İsrail və Suriya rəsmiləri arasında Bakı görüşünü də xatırlatmaq yerinə düşər. Hər iki tərəf görüşlərin davam etdirilməsinin tərəfdarı olsa da, fikir ayrılıqları da mövcuddur. Suriya hökuməti İsraillə mərhələləri sülh sazişinin imzalanmasını və 1974-cü il atəşkəs müqaviləsinə dönüş mövqeyində dayanır. İsrail isə 1974-cü il müqaviləsinə qarşı olsa da, münasibətlərin normallaşmasının dərhal olmasını tələb edir. Druzlarla bağlı məsələdə də İsrail tərəfi Dəməşqdən bu bölgəni silahsızlaşdırmağı və asayişin yerli qüvvələr tərəfindən təmin edilməsini istəyir. Onların bu tələbi artıq yerinə yetirilib. İsraildə də xeyli druz yaşayır və onlar İsrail ordusunda da xidmət edirlər. Bu mənada İsrailin keçmişdə ən böyük rəqibinin peyk dövləti olan Suriyanı tamamilə nəzarətə götürmək cəhdləri İsrailin maraqları baxımından tamamilə başadüşüləndir.

İsrailin hərbi müdaxiləsinə səbəbi isə heç şübhəsiz Suveydəyə girən HTŞ qüvvələrinin druzlara qarşı saqqal qırxılması kimi təhqiramiz və alçaldıcı münasibət göstərilməsidir. Göründüyü kimi, İsrail heç də əsassız şəkildə hərbi müdaxiləyə əl atmayıb. İsrailin israrlı tələbindən sonra hökumət qoşunları regiondan çıxarılıb. Ancaq druzlarla bədəvilər arasında gərginlik qalmaqdadır.

Yaxın Şərq elə bir yerdir ki, burada hamı haqlıdır, hamı da haqsız... Elə buna görə də "Yaxın Şərq" bataqlığı deyilən siyasi bir anlayış mövcuddur. Bəlkə də bataqlıq bir gün quruyacaq. Çünki Yaxın Şərqdə bataqlığın quruması qlobal sülhə gedən yolun ən yaxın dayanacağıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see336

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see304

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see304

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see297

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see282

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see271

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see240

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see229

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see219

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see215

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see194

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see190

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see190

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see188

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see176

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see162

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see160

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see152

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see152

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri