Icma.az
close
up
RU
Suriyanın güllələnən İNCİLƏRİ

Suriyanın güllələnən İNCİLƏRİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Suriyada 2011-ci ildən başlayan vətəndaş müharibəsi bu ölkədə bir çox tarixi və mədəni irsə ciddi ziyan vurub. 13 il davam edən vətəndaş müharibəsi insan itkiləri ilə yanaşı, Suriyanın zəngin tarixinə və mədəni irsinə aid  abidələrin də yağmalanmasına və məhvinə yol açıb. Nəticədə əsrlərdir varlığını qoruyan artefaktlar talan edilib və "qara bazar"da satışa çıxarılıb.

Modern.az Suriyada müharibənin məhv etdiyi mədəni irs haqqında araşdırma aparıb.

Suriyanın Homs vilayətində strateji baxımdan çox önəmli və qədim bir şəhər yerləşir - Palmira.

Roma İmperyasının bir hissəsi olaraq bilinən bu şəhər müasir Suriya ərazisində yerləşir. Şəhər bir çox fərqli mədəniyyətin – Qərb və Şərqin təsiri altında inkişaf edib. Roma İmperiyasının ən önəmli ticarət və mədəni mərkəzlərindən biri hesab olunur və UNESCO-nun Dünya İrs Siyahısında yer alır.

Palmira şəhərində bir çox antik Roma abidələri mövcuddur. Şəhər tarix boyu Çindən Yaxın Şərqə və Avropaya gedən karvanların dayandığı yer olduğundan əsas ticarət mərkəzi halına gəlib. Palmira şəhərində müxtəlif dinlərə etiqa tolerantlıq mədəni abidələrinin memarlığına da təsirini göstərib. Şəhərdə müxtəlif üslubda inşa edilən mədəni abidələrlə yanaşı, fərqli dini məbədlər də yer alır.

Palmira şəhərində Roma dövrünə aid Baal Şamin Məbədi ən önəmli dini mərkəzlərdən biri hesab edilir.  Bu məbəd e.ə. III əsr – e.ə. I əsrlər arasında tikilib və Baal Şaminə - səmavi tanrı, qədim Semitik mifologiyasında olan tanrıya həsr olunub. Baal qədim Mərkəzi Şərqdə, xüsusilə Fenikiya və Aramiyə bölgələrində pərəstiş edilən bir hava, tufan və məhsuldarlıqla əlaqələndirilən tanrı olub.

Baal Şamin Məbədi, Roma memarlığının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Məbədin planı koridordan ibarət bir giriş və böyük ibadət sahəsindən təşkil olunub. Məbəd düzbucaqlı sütunlar, böyük bir mərtəbə sistemi və dekorativ bəzəklərlə əhatələnib.
 

Aleppo Qalası - Yaxın Şərqdə Orta dövr memarlığının ən əhəmiyyətli nümunələrindən biridir, qala həm yerli, həm də xarici mədəniyyətlərin təsiri ilə formalaşıb.

Qalanın əsası təxminən 3000 il əvvəl – Tunc dövründə qoyulub. Aleppodan ilk dəfə Urartu, Akkad, Assuriya və Hittitlər kimi qədim dövlətlərin ölkə sərhədlərinin müdafiəsi məqsədi ilə istifadə edib.

Qalanın divarları tarix boyu şəhəri düşmənlərdən qorumaq üçün mühüm bir müdafiə sistemi kimi istifadə olunub. Belə ki, divarların hündürlüyü və qalınlığı düşmən hücumlarına qarşı güclü müdafiənin təmin olunmasına imkan verirdi. Giriş hissə isə həm nəzarət, həm də müdafiə üçün nəzərdə tutulmuşdu. Qala müdafiə tikilisi olmaqla yanaşı, içində tarixi məscidlər, bazar yerləri, sənətkarlar üçün müxtəlif sahələr və yaşayış evləri tikilərək, yaşayış yerlərinin qorunmasına da xidmət edirdi.

Aleppo Qalası tarixi boyunca bir neçə sivilizasiyanın təsiri altında olub. Qalanın strateji üstünlüyünü nəzərə alan fərqli dövlətlər onu öz dövrlərində dəfələrlə bərpa edib. Qala Orta dövrlərdən həm müdafiə məqsədilə, həm də şəhərin idarə olunmasında mühüm rol oynayıb.

İslam dövründə bu qala Əməvi və Abbasi xilafətləri tərəfindən istifadə edilib. Həmçinin Ayyubilər və Memlük dövrlərində də şəhərin idarə olunması üçün qaladan istifadə olunub. Osmanlı dövründə isə qala imperiyanın Suriyadakı ərazilərinə nəzarət və müdafiə məqsədilə istifadə olunub.
 

Suriyanın Deyr ez-Zor vilayətində yerləşən eyniadlı qədim şəhəri Deyr ez-Zordur. Suriyanın həm arxeoloji baxımdan zənginliyi, həm də strateji baxımdan əhəmiyyətli bölgələrindən biri olan bu şəhər qədim dövrlərdən müxtəlif sivilizasiyaların təsirinə məruz qalaraq, daha da zənginləşmişdir.

Deyr ez-Zor ərazisindəki abidələr, qədim Mesopotamiya sivilizasından tutmuş Roma, Bizans, İslam və daha sonra Osmanlı dövründə baş verən mədəniyyətlərin təsiri ilə formalaşıb.

Tarix boyu müxtəlif dövlət və imperiyaların daxilində olan bu şəhər Mesopotamiya mədəniyyətinin bir hissəsi olaraq, eramızdan əvvəlki minilliklərində Şumerlər, Akkadlar, Asurlar və Babillilər tərəfindən idarə olunub. Bu dövlətlərin əsas yaşayış mərkəzlərindən biri də məhz bura hesab olunurdu.

Roma İmperiyasının öz ərazilərini genişləndirməsi nəticəsində Deyr ez-Zor şəhərini də imperiyanın bir hissəsinə çevirdi, beləliklə bu ərazi strateji ticarət və mədəniyyət mərkəzlərindən biri oldu. Roma və Bizans dövrlərində bölgədə müxtəlif məbədlər, yaşayış sahələri və ticarət mərkəzlərinin tikilməsinə xüsusi əhəmiyyət verilib.

İslamın yayılması ilə birlikdə Deyr ez-Zor bölgəsi Abbasi xilafətinin təsiri altında inkişaf etdi. Bu dövrlərdə şəhər həm siyasi, həm də mədəni baxımdan əhəmiyyətli mərkəzə çevrildi. Osmanlıların Suriyada hakimiyyəti zamanı Deyr ez-Zor Roma dövründəki kimi ticarət yollarının kəsişdiyi strateji bölgə kimi istifadə olundu.

Bu ərazidə çox sayda tarixi və arxeoloji abidələr bölgənin zəngin tarixini və müxtəlif sivilizasiyaların təsirini əks etdirir.

Aleppo ilə Mesopotamiya arasındakı ticarət yollarının yaxınlığında yerləşən şəhər Roma və Bizans dövrlərinə aid tikililər və yaşayış sahələri ilə zəngindir. Suriyadakı ilk kilsənin də məhz bu dövrdə inşa edildiyi bildirilir. Deyr ez-Zor ərazisində yerləşən qədim qəbristanlıq sahəsi bölgədə yaşayışın çox olduğunun sübutudur. İslam dininin də mərkəzlərindən biri hesab olunan Suriyanın Şərq hissəsindəki məscidlər və digər İslam memarlığı elementləri bu bölgənin İslam dünyası üçün əvəzsiz olduğunu göstərir. Deyr ez-Zor ticarət yollarının kəsişdiyi bir bölgə olduğuna görə, burada bir çox karvan sarayları və bazar strukturları mövcud olub.  

Üməyyad Məscidi Suriyanın Şam şəhərində yerləşən və İslam tarixi baxımından böyük əhəmiyyətə malik olan ən qədim və tarixi məbədlərdən biridir. İslam dini yarandığı vaxtdan fəaliyyət göstərən məscid həm memarlıq baxımından, həm də İslam tarixi baxımından böyük əhəmiyyətə malikdir.

706-715-ci illərdə məşhur Üməyyad xəlifəsi I Velid ibn Abdülməlik tərəfindən tikdirilib. İslam dövründəki arxitektur ustalığının əks olunduğu məscid həm İslam memarlığının incisi, həm də tarixi bir simvoluna çevrilib.

Məscidlə bağlı maraqlı faktlardan biri də onun əvvəlki məbədlərin üzərinə tikilmiş olmasıdır. Bu ərazi Roma və Bizans dövrlərində də dini məkanlara ev sahibliyi edib. Xüsusilə Romanın Yaxın Şərqdəki əsas məbədi və daha sonra Bizans kilsəsi burada yerləşirdi. Üməyyad camisi bu məbədlərin və kilsənin yerində inşa olunub.

Şam şəhəri başlıca dini mərkəzlərindən biri hesab olunduğu üçün müxtəlif dövrlərdə digər dinin nümayəndələri tərəfindən bu məscid müharibələrdə ziyan görüb. İslam və Osmanlı İmperiyası dövrlərində isə məscid əsaslı şəkildə bərpa edilib.

İslam memarlığının erkən dövrlərinə aid memarlıq üslubunu özündə daşıyan məscid eyni zamanda Roma və Bizansın elementlərini də bir araya gətirib. Bu məscid İslam tarixində ilk iki əsas minarəsi olan məscidlərdən biri hesab olunur. Üməyyad Məscidinin divarları və daxili rəsm və yazılarla bəzədilib.

Bu tikili ibadətgah olmaqla yanaşı, həm də zaman-zaman müxtəlif tarixi rollar oynayıb. Belə ki, Üməyyadların hakimiyyəti dövründə İslam dünyasının bir çox liderləri burada toplaşaraq, ölkə adına siyasi qərarlar qəbul edib. Məscid müəyyən müddət təhsil mərkəzi kimi fəaliyyətdə olub, belə ki, məscid ətrafında dini elmlərin öyrədilməsi üçün məktəblər fəaliyyət göstərib.

Suriyanın Antakya şəhərində yerləşən və bölgənin zəngin tarixi və mədəni irsini əks etdirən tikililərdən biri də Antakya Arxeologiya Muzeyidir. Antakya tarixi baxımdan çox köklü bir şəhər olduğundan burada zaman - zaman çoxlu sayda arxeoloji tapıntılar aşkarlanıb. Bu muzeydə Suriyanın qədim şəhərlərinin, xüsusən Antakya və ətraf bölgələrin tarixi faktları nümayiş etdirilirdi.

Antakya Arxeologiya Muzeyi arxeoloji tapıntıları qorumaq, sərgiləmək və təhsil məqsədilə 1934-cü ildə yaradılıb. Muzey regionun tarixi və mədəniyyətini nümayiş etdirmək üçün çoxsaylı arxeoloji eksponatlar təqdim edirdi. Buranın yaranma tarixi Suriyada arxeoloji qazıntılar və tarixi tapıntıların aşkar olunmağa başladığı dövrlərə təsadüf edir. Muzeyin sərgilədiyi eksponatlar həm fransız arxeoloqlarının qazıntıları zamanı aşkarlanan materiallara, həm də yerli qazıntılara əsaslanır.

Antakya Arxeologiya Muzeyi, çoxsaylı tarixi əsərləri və eksponatları ilə məşhurdur. Muzeydə sərgilənən eksponatlar əsasən Roma, Bizans, İslam, və daha əvvəlki dövrlərin artefaktları əsasında təşkil olunub. Muzeyin ən diqqətçəkən hissələrindən biri, qədim Roma və Bizans dövrlərinə aid mozaiklərdir. Antik dövrlərə aid heykəllər, büstlər və dekorativ incəsənət əsərləri də muzeydə nümayiş olunur. Muzeydə Roma İmperiyasına və Bizans dövrünə aid məişət əşyaları, silahlar, qiymətli daşlar, ticarət vasitələri və gündəlik istifadə olunan predmetlər sərgilənirdi. İslam dövrünə aid isə ərəb yazıları, məbədlərdən çıxarılan bəzək əşyaları və digər sənət əsərləri də burada yer alır.

Bu ərazilərin qədim sakinləri hesab olunan Hittitlərə və Mesopotamiya aid nümunələr də məhz muzeydə saxlanılıb. Müharibədən əvvəlki dövrdə bu muzey eyni zamanda tarixi irsin qorunması, elmi araşdırmalar üçün mənbə və turizm üçün əhəmiyyətli mərkəz rolunu oynayıb.

Suriyada baş verən vətəndaş müharibəsi Antakya Arxeologiya Muzeyi və onun sərgilədiyi eksponatlara da təsir edib. Müharibə nəticəsində muzeyin sərgilədiyi bəzi eksponatlar zərər görüb və bərpa işlərinə ehtiyac yaranıb. Beynəlxalq təşkilatlar və Suriya hökuməti muzeyin bərpası üçün səylər göstərir.

Bosra Suriyanın Şərqində, Deyr ez-Zor vilayətində yerləşən tarixi əhəmiyyətli qədim şəhərdir. Bosra antik dövrlərdən günümüzə qədər gələrək, tarixi abidələri və zəngin mədəni irsi ilə məşhurlaşıb. Belə ki, bu şəhər UNESCO-nun dünya irsi siyahısına daxil olan ən qədim şəhərlərdən biri hesab edilir.

Bosra qədim dövrlərdə şərqi Aralıq dənizi ilə Mesopotamiya arasındakı ticarət yollarının kəsişdiyi nöqtədə yerləşdiyindən strateji əhəmiyyətə malik olub. Şəhərin tarixi müxtəlif sivilizasiyaların və imperiyaların təsiri ilə zənginləşib. Hələ Erkən Dəmir dövründən burada yaşayışın olduğu vurğulanır. Şəhərin kökləri Nabatilər adlı qədim sivilizasiyaya qədər gedib çıxır.

Şəhərdə yerləşən memarlıq və tikililər müxtəlif dövrlərin təsiri ilə formalaşıb. Bosranın ən məşhur abidələrindən biri Roma dövrünə aid olan Böyük Amfiteatrdır. Amfiteatr 15,000 nəfərə yaxın tamaşaçı tutumuna malikdir. Roma memarlığının incisi sayılan bu amfiteatr Yaxın Şərq əhalisi üçün qladiator döyüşləri, tamaşalar və ictimai tədbirlərin keçirilməsi üçün istifadə olunub. Bosra ərazisində Nabatilərə aid qədim məbədlər və qaya üzərindəki yazılar mövcuddur. Bu məbədlər Nabatilərin inanc və mədəniyyətini əks etdirən qədim tarixi abidələrdir. Bosra şəhərində həmçinin İslam memarlığına aid məscidlər və tikililər də yerləşir. Bu tikililər İslam dövründə şəhərin mədəni və dini həyatını əks etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see375

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see363

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see344

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see337

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see292

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see269

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see206

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see204

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see203

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see192

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see181

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see174

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see169

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see164

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see162

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see160

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see158

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see158

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri