Icma.az
close
up
RU
Suriyanın taleyi necə olacaq? ABŞnin oyunları baş tutmadı

Suriyanın taleyi necə olacaq? ABŞnin oyunları baş tutmadı

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Suriyada baş verənləri düzgün analiz etmək üçün ilk növbədə ölkənin mənzərəsinə nəzər salmaq lazımdır. Suriya tamamilə dağılmış ölkədir, iqtisadiyyatı demək olar ki, yox dərəcəsindədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, vaxtilə Suriya Yaxın Şərqin inkişaf etmiş ölkələrindən biri idi, hazırda isə tamamilə fraqmentariləşib. Politoloq bildirib ki, yəni Suriya müxtəlif hissələrə bölünüb, təkcə dialoqla mövcud problemləri aradan qaldırmaq qeyri-mümkündür:

“Əslində əksər ölkələrdə bu və ya digər formada problemlər yaşanır. Ancaq xarici müdaxilələr və kənar təsirlər problemləri başqa məcraya yönəldir. Çünki kənar güclərin əsas məqsədi Yaxın Şərq regionunu yenidən formalaşdırmaqdan ibarət idi. Bölgə ölkələrinin sərhədlərini pozaraq orada yeni dövlətlər qurmaq niyyətində olublar”.

Müsahibimizə görə, bu prosesin də başında ABŞ dayanırdı:

“Kondoliza Raysın 2004-cü ildə Konqresdə çıxışını xatırlayaq. O deyirdi ki, "hakim siyasi dairələrin tez-tez bir-birini əvəz etməsi gündəmə gəlməlidir. Çünki bir ölkədə eyni qüvvə uzun müddət hakimiyyətdə qala bilməz". Bu, onların baxışıdır. ABŞ rəsmi dairələri müxtəlif coğrafiyalara fərqli yanaşma sərgiləyirlər. Məsələn, post-sovet coğrafiyasında "rəngli inqilablar"ı həyata keçirirdilər. Yaxın Şərqdə isə "Böyük Yaxın Şərq" layihəsi gündəmdə idi. İraqda Səddam Hüseyni devirdilər, Əfqanıstanda çevriliş etdilər. Hesab edirdilər ki, Yaxın Şərqi yenidən dizayn etmək mümkündür".

İlqar Vəlizadə: Hesab edirdilər ki, Yaxın Şərqi yenidən dizayn etmək mümkündür

İ.Vəlizadə qeyd edib ki, Suriyada digər oyunçuların müdaxiləsi ilə ABŞ-nin hesabı baş tutmadı:

"Nəticə onların istədiyi kimi olmadı. ABŞ ən azından çalışdı ki, Suriyanın şimal-şərqində kürdlərin yaşadığı bölgəni nəzarətə götürsün. Burada Amerikanın hərbi bazaları var. Əslində məqsəd həmin bölgədə "kürd dövləti" qurmaqdır. Təbii ki, belə bir "dövlət" bölgənin digər ölkələrinə də təhdid yaradacaqdı. Həmin dövlətlərdən biri Türkiyədir. Bu təhdidi yaxın müddətdə aradan qaldırmaq mümkün olmaya bilər, çünki uzunmüddətli layihədir".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri