Suriyanın yeni xarici işlər naziri ilk səfərini Səudiyyə Ərəbistanına edəcək
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani təyinatından sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.
Əş-Şibani səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səudun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcəyini vurğulayıb.
O əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə strateji əlaqələr qurmağı səbirsizliklə gözləyir.
Səfərin tarixi dəqiq məlum deyil.
Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk edib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək keçid dövründə Suriya hökumətinə rəhbərlik edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















