Sürücü yolda dalaşdığı adamın üstündən maşınla keçdi, hadisə yerindən qaçdı ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda dəhşətli hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, cip sürücüsü mübahisə etdiyi şəxsi avtomobillə vuraraq şumlayıb. Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, bu gün günorta saatlarında Silopi rayonunun 1-ci küçəsində baş verən hadisədə naməlum şəxs avtomobilini mübahisə etdiyi şəxsin üzərinə sürüb. Sürücü həmin şəxsin ayaqlarını əzib, daha sonra isə hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Silopi Dövlət Xəstəxanasına aparılıb.
Polis tərəfindən dərhal araşdırmalara başlanılıb və hadisəni törədən sürücü saxlanılaraq polis bölməsinə aparılıb. Hazırda onun barəsində istintaq aparılır.
Eltac Zülfüqaroğlu

