Icma.az
close
up
RU
Sürücü yükü olan sərnişini maşına mindirmədi, sürüb getdi “Bolt” şirkətindən AÇIQLAMA VİDEO

Sürücü yükü olan sərnişini maşına mindirmədi, sürüb getdi “Bolt” şirkətindən AÇIQLAMA VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bu gün səhər saatlarında sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, paylaşılan görüntülərdə bir qadın “Bolt” tətbiqi vasitəsilə sifariş etdiyi taksi sürücüsünün onu qəbul etməməsindən şikayətlənir.
Qadının sözlərinə görə, o, uşaq arabası, bir neçə şəxsi əşya və balaca qəfəsdə saxlanılan quşla birlikdə taksiyə minmək istəyib. Lakin sifarişə gələn “Chevrolet” markalı böyük avtomobilin sürücüsü vəziyyəti görən kimi qadını aparmaqdan imtina edib.
Sərnişin video çəkərək bu halı ictimailəşdirib və bildirib ki, sürücü heç bir əsaslı səbəb olmadan onu və uşağını soyuq havada avtomobilinə qəbul etməyib. Hazırda məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur. 
Məsələ ilə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Ramazanova saytımıza açıqlamasında bildirib ki, sürücülər tərəfindən səfərin ləğvi, iki ünvana gedişdən imtina, kartla ödənişin qəbul edilməməsi, təyinat nöqtəsinə çatmadan səfərin yekunlaşdırılması və ya kobud davranış hallarında sərnişinlərdən tətbiq vasitəsilə şikayət forması doldurmaları xahiş olunur. Şikayət əsasında araşdırma aparılır və əgər faktlar təsdiqlənərsə, sürücülərə qarşı “Bolt” tətbiqi vasitəsilə xidmət göstərməyə dair məhdudiyyətlər tətbiq olunur.
“Bolt tətbiqində baqaj daşınması ilə bağlı qaydalar:
Ölçü və uyğunluq: Baqaj avtomobilin baqaj yerinə və ya salonuna rahat şəkildə yerləşməlidir.
Böyük ölçülü əşyalar: Belə hallarda sifarişdən dərhal sonra sürücü ilə əlaqə saxlayaraq razılıq alınmalıdır. “Bolt” bu cür yüklər üçün ayrıca xidmət təqdim etmir və sürücü sifarişi ləğv edə bilər.
Təmizlik və zərər: Salonun ləkələnməsi və ya zədələnməsi yolverilməzdir. Bu halda məsuliyyət tam olaraq sərnişinə aiddir.
Sürücü Dəstəyi: Sürücülər baqajın yüklənməsi və boşaldılmasında kömək etməyə təşviq olunurlar, lakin əşyaların keçidi bağlamamasına diqqət yetirilməlidir.
Daha çox baqaj xidməti: Çoxlu və ya iri ölçülü baqajla səyahət etdikdə, “XL” kateqoriyalı avtomobil seçmək tövsiyə olunur.
Sürücülərə sərnişinlərlə nəzakətli rəftarla bağlı mütəmadi kommunikasiya aparılır. Səfərin yolun ortasında səbəbsiz dayandırılması yolverilməzdir və belə hallarda sərnişinlərin mütləq tətbiq vasitəsilə dəstək xidmətinə müraciət etmələri xahiş olunur”.


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri