Icma.az
close
up
RU
Sürücülər işləyir, şirkətlər qazanır: Taksilərin 3 əsas problemi nə vaxt həll olunacaq? VACİB XƏBƏR KONKRET

Sürücülər işləyir, şirkətlər qazanır: Taksilərin 3 əsas problemi nə vaxt həll olunacaq? VACİB XƏBƏR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək. sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin götürmək və ya endirmək üçün avtobus zolaqlarından istifadəyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər. Bu barədə məlumatlar yrli saytlarda yayılıb və müzakirələrə yol açıb. Bəs görəsən, taksi sürücülərinin bu tələbləri nə dərəcədə qanunidir? Ümumiyyətlə, onların istəklərinə müsbət reaksiya verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əslində taksi sürücülərinin üç əsas problemi var:

“Birincisi ondan ibarətdir ki, taksi şirkətləri sürücülərin qeyri-nağd ödəmələrini vaxtında vermir. Bu səbəbdən də taksi sürücüləri ilə sərnişinlər arasında problemlər yaşanır. Taksi sürücüləri bəzən qeyri-nağd ödənişləri görəndə sərnişinlərdən imtina edirlər. İkisinci səbəb ondan ibarətdir ki, taksi şirkətləri bu gün taksi sürücülərinin hüquqlarını tapdalayırlar. Onları normadan çox işlədirlər. Müəyyən şirnikləndirici kompaniyalarla taksi sürücüləri 14 və yaxud 16 saat işləməli olurlar. Üçüncü məsələ isə taksi şirkətlərinin taksi sürücülərindən aldığı komissiya haqlarıdır ki, bu, 25 faizə qədər yüksəlir.“

Ekspert qeyd edir ki, tələblər sırasında sadaladıqlarım yoxdur. Ona görə də, düşünürəm ki, boykot kompaniyasında qazanan tərəf taksi şirkətləri olacaq.

“Taksi sürücüləri bizim vətəndaşlarımızdır. Onların hüquqlarını qorumalıyıq. Müvafiq qurumlarda taksi şirkətləri qarşısında məsələ qaldırmalıdırlar ki, onlara ödənilən qeyri-nağd ödənişləri vaxtında qaytarılsın. Taksi sürücülərini 14 və yaxud 16saat işlətməsinlər. Taksi sürücülərindən alınan komissiya haqları azaldılsın”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Aprel 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri