Icma.az
close
up
RU
“Manatlıq” taksilərin BAZARI BAĞLANDI KONKRET

“Manatlıq” taksilərin BAZARI BAĞLANDI KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, noyabrın 12-də Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir.

KONKRET.az day.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə “20 Yanvar” stansiyasına qədər hərəkət edəcək.

18 metr uzunluğu olan avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 manat müəyyən edilib.

Yeni avtobus xəttinin açılması Sumqayıtdan Bakıya gələnlərin ürəyincə olsa da, “manatlıq” taksilərin və mikroavtobus sürücülərinin kefinə soğan doğrayıb.

Çünki 500 nömrəli avtobus fəaliyyətə başlayandan sonra “manatlıq”lara maraq azalacaq. Sürücülərin sosial şəbəkələrdəki paylaşımlarından aydın olur ki, proses başlayıb. Artıq sərnişinlər “manatlıq”lardan deyil, yeni avtobus xəttində hərəkət edən avtobuslardan istifadə edirlər.

Avtobusun üstünlükləri nələrdir?

– Avtobus xüsusi zolaqla hərəkət edir, amma “manatlıq”lar və mikroavtobuslar həmin zolağa daxil ola bilmirlər. Ona görə də vaxt baxımından yeni avtobus daha sərfəlidir. Çünki “manatlıq”lar və mikroavtobuslar avtobus zolağına daxil ola bilmədiyi üçün uzun müddət qalmalı olurlar. 500 nömrəli avtobuslar isə xüsusi zolaqdan istifadə etməklə, mənzil başına tez çatır.

– Avtobus “manatlıq”lara qiymət baxımından da zərbə vurub. Bakı-Sumqayıt və əksinə hərəkət edən taksilər adətən sərnişi 1-2 manata daşıdığı halda, 500 nömrəli avtobusun gedişhaqqı 0,80 manatdır.

– Əsas məqamlardan biri də təhlükəsizlikdir. Qeyd edilən istiqamətdə səfər edən vətəndaşlar bilir ki, “manatlıq”ların və mikroavtobusların sürücüləri nəqliyyat vasitəsini sürətlə idarə edilər. Bu isə sərnişinlərin həyatı üçün təhlükəlidir. Dövlət tərəfindən xəttə buraxılan avtobusların sürətinə isə xüsusi nəzarət olunduğu üçün sürücülər təhlükəli manevrlərdən çəkinirlər.

Təbii ki, sərnişin 1-2 manat ödəyib tıxacda uzun müddət gözləmək və təhlükəli anlar yaşamaq əvəzinə 0,80 qəpik ödəyib rahat avtobusdan istifadəni seçir. Bu isə “manatlıq”lara və mikroavtobuslara marağı kəskin azaldır. Nəticədə onların gəliri azalmağa doğru gedir. Proseslər göstərir ki, yaxın 3-4 il ərzində qeyd edilən xidmətə maraq azaldığı üçün “manatlıq”lar tarixə qovuşacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see161

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri