Sürücülük hüququ üçün belə bir məhdudiyyət tətbiq olunmur Ekspert
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə İQ səviyyəsi 79 və ya daha aşağı olan şəxslər sürücülük vəsiqəsi ala bilməzlər. Qərar sürücülük qabiliyyətini daha dəqiq qiymətləndirmək məqsədilə qəbul olunub. Azərbaycanda da sözügedən sənədi almaq üçün tibbi və psixoloji müayinələr tələb olunur. Lakin İQ səviyyəsinə əsaslanan hər hansı məhdudiyyət hələlik mövcud deyil.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün əsas tələb tibbi müayinədən keçməkdir:
“Ölkəmizdə sürücü namizədinin fiziki və psixoloji sağlamlığı yoxlanılır. Sürücü olmaq üçün əsas meyarlar tibbi arayışın olması və nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bilik və bacarıqların imtahanla yoxlanılmasıdır. Amma İQ səviyyəsinə görə imtahana buraxılma kimi bir tələb qanunvericilikdə nəzərdə tutulmayıb və bu, hazırda aktual məsələ deyil. Yəni Azərbaycanda İQ testi əsas şərtlərdən biri sayılmır və sürücülük hüququ üçün belə bir məhdudiyyət tətbiq olunmur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün əsas tələb tibbi müayinədən keçməkdir:
“Ölkəmizdə sürücü namizədinin fiziki və psixoloji sağlamlığı yoxlanılır. Sürücü olmaq üçün əsas meyarlar tibbi arayışın olması və nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan bilik və bacarıqların imtahanla yoxlanılmasıdır. Amma İQ səviyyəsinə görə imtahana buraxılma kimi bir tələb qanunvericilikdə nəzərdə tutulmayıb və bu, hazırda aktual məsələ deyil. Yəni Azərbaycanda İQ testi əsas şərtlərdən biri sayılmır və sürücülük hüququ üçün belə bir məhdudiyyət tətbiq olunmur”.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur
20 Noyabr 2024 23:03
“Moped sürücüləri üçün sürücülük vəsiqəsi tələbi tamamilə doğrudur” Ekspert
13 Oktyabr 2025 18:31
Sürücülük vəsiqəsinə nə vaxt məhdudiyyət qoyula bilər? EKSPERT açıqladı VİDEO
08 Noyabr 2024 14:41
Təlimçi adıyla insanlara sürücülük təlimi keçirlər Ekspert
28 İyul 2025 20:36
Ekspert: “Sürücülük məktəbləri və kursları nəzarətə götürülməlidir”
30 Yanvar 2025 16:13
Baxış sayı:131
Bu xəbər 14 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















