Icma.az
close
up
RU
Təlimçi adıyla insanlara sürücülük təlimi keçirlər Ekspert

Təlimçi adıyla insanlara sürücülük təlimi keçirlər Ekspert

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahan iki mərhələdən ibarətdir: nəzəri (yazılı) imtahan və praktiki (təlim) mərhələsi. Nəzəri mərhələdə yol hərəkəti qaydaları və təhlükəsizliklə bağlı biliklər yoxlanılır. Praktiki mərhələdə isə namizədin real şəraitdə avtomobil idarəetmə bacarığı qiymətləndirilir.

Bu kontekstdə tez-tez belə sual yaranır: praktiki təcrübəni təlimçi olmadan, sadəcə sürücülük vəsiqəsi olan başqa bir şəxsin nəzarəti ilə öyrənmək mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sürücülük təlimi və imtahan prosesi ciddi məsuliyyət tələb edən bir mərhələdir. Onun sözlərinə görə, hazırda mövcud qanunvericilik çərçivəsində sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsinin idarə olunmasına icazə verilməsi yol verilməzdir və bu, İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır:

"Qanunvericilik bu məsələni konkret şəkildə müəyyən edir: sürücülük vəsiqəsi olmayan şəxs yalnız lisenziyalı təlimçi müşayiəti ilə, müvafiq təlim maşınında və qapalı ərazidə təlim keçə bilər. Yəni şəxsi avtomobili olan istənilən vəsiqəli sürücünün "mən təlimçiyəm" deməsi və praktiki təlim keçməsi qanuni əsas daşımır və bu, həm hüquqi baxımdan, həm də təhlükəsizlik nöqteyi-nəzərindən çox ciddi risklər doğurur.

Burada diqqət çəkilməli olan əsas məsələ təlimçi statusunun hüquqi tənzimlənməsi və sertifikatlaşdırılmasıdır. Təəssüf ki, hazırda bu sahədə bir qanunvericilik boşluğu mövcuddur. Təlimçi adını daşıyan şəxslərin hansı meyarlarla bu statusu əldə etməsi, hansı təlimlərdən keçməsi və necə akkreditasiyadan keçirilməsi ilə bağlı aydın mexanizm yoxdur. Bu isə ciddi sui-istifadə hallarına şərait yaradır. Məhz bu səbəbdən hər kəs istədiyi kimi avtomobil alaraq "təlimçi" adı altında insanlara praktiki sürücülük "təlimi" keçməyə başlayır. Bu isə nəzarətsiz, təhlükəli və qanunsuz bir təcrübə formalaşdırır".

Ekspert bildirdi ki, qanunvericiliyin bu sahədə dəqiqləşdirilməsinə və gücləndirilməsinə ciddi ehtiyac var.

"Təlimçilər rəsmi şəkildə sertifikatlaşdırılmalı, onların fəaliyyəti müvafiq nəzarət orqanları tərəfindən izlənilməli və yalnız qapalı təlim zonalarında ilkin mərhələ üçün tədris icazəsi verilməlidir. Yalnız bundan sonra namizədin ümumi istifadə yollarında praktiki vərdişlərini artırmasına icazə verilməlidir.

Bütün bu məsələlər bir daha onu göstərir ki, sürücü olmaq istəyən şəxslər yalnız rəsmi yollarla, lisenziyalı məktəblər və təlimçilərlə işləməlidirlər. Əks halda, həm qanun pozuntusu, həm də təhlükəli vəziyyətlər qaçılmazdır", - deyə Elməddin Muradlı vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 İyul 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri