Icma.az
close
up
RU
Sürücüsüz taksini “Bolt”la sifariş vermək mümkün olacaq YENİLİK VİDEO

Sürücüsüz taksini “Bolt”la sifariş vermək mümkün olacaq YENİLİK VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə texnologiya dünyasının sürətlə inkişafı nəqliyyat sahəsinə də təsirsiz qalmayıb. 67 il əvvəl texnologiyanın müəyyən mənada irəliləməsi avtomobildə ilk dəfə “Cruise Control”un, yəni sürət sabityləyicinin kəşfinə gətirib çıxardı. Bu, ilk avtopilot funksiyası hesab olunurdu. 2014-cü ildə müasir avtomobillər üçün ilk avtopilot rejimi məhz “Tesla” avtomobillərinə tətbiq edildi və artıq zolaq saxlama, avtomatik dönmə, adaptiv kruiz, avtomatik əyləc sistemləri digər avtomobillərdə də yayılmağa başladı. Bu gün isə dünyadakı yeniliklər sürücünün avtomobili avtopilot rejimində idarə etməsilə kifayətlənmir. Artıq avtomobillər sürücü olmadan da hərəkət edir. Avtonom taksilər bir çox inkişaf etmiş ölkələrdə əhalinin istifadəsinə verilib.

Avtosfer.az xəbər verir ki, ölkəmizdə taksi fəaliyyətinin inkişafına dəstək göstərən, ölkənin ilk taksi operatoru olan “Bolt” beynəlxalq miqyasda insanlara xidmət sahələrini genişlədirir.

Şirkətin beynəlxalq əlaqələrinin təşkili ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkələrdə canlı yayım zamanı qeyd edib ki, noyabrın 25-i Avropanın aparıcı mobillik platforması “Bolt” daha bir yeniliyə imza atıb. Belə ki, şirkət süni intellekt əsaslı avtonom nəqliyyat texnologiyaları istehsalçısı olan Çinin “Pony AI Inc.” Avropada avtonom mobilliyin tətbiqini sürətləndirmək üçün tərəfdaşlıq etdiklərini elan ediblər:

“Bu tərəfdaşlıq “Pony.AI”ın qabaqcıl 4-cü səviyyə (Level 4) avtonom idarəetmə texnologiyasını Bolt-un geniş ekosisteminə inteqrasiya edəcək. Əməkdaşlıq ilkin mərhələdə real şəraitdə testlərə, təhlükəsizlik üzrə qiymətləndirməyə və tam avtonom, sürücüsüz nəqliyyat imkanlarını təmin etmək üçün istifadəçi təcrübəsinin hazırlanmasına fokuslanacaq. İlkin tətbiq şəhərləri həm Avropa Birliyinə üzv olan dövlətlər, həm də  üzv olmayan ölkələr arasından seçiləcək.

Tərəfdaşlıq “Pony.AI”nin Avropadakı mövqeyini daha da gücləndirməsi gözlənilir, xüsusilə də Bolt-un tənzimləmə sahəsindəki təcrübəsi və qitə üzrə geniş əməliyyat şəbəkəsi sayəsində. 2013-cü ildə Estoniyada qurulan Bolt hazırda 50-dən çox ölkədə və 600 şəhərdə fəaliyyət göstərir və 200 milyonadək istifadəçiyə müxtəlif paylaşım əsaslı mobillik xidmətləri təqdim edir.

Pony.ai-nin təsisçisi və baş direktoru Dr. Ceyms Penq açıqlamasında bildirib ki, “Bolt” ilə tərəfdaşlıq qlobal genişlənmədə mühüm addımdır. “Pony.AI”nin avtonom nəqliyyat texnologiyasını “Bolt”un Avropa mobilliyi üzrə dərin bilikləri ilə birləşdirərək, təhlükəsiz və etibarlı robotaksi texnologiyasının tətbiqini sürətləndirmək mümkündür. Avropa avtonom nəqliyyat üçün sürətlə inkişaf edən və böyük potensiala malik bazardır və biz hesab edirik ki, bu əməkdaşlıq gələcək böyümə üçün güclü baza yaradacaq.

“Bolt”un təsisçisi və baş direktoru Markus Villiq isə vurğulayıb ki, avtonom nəqliyyat vasitələri insanların və yüklərin hərəkət tərzini dəyişəcək və “Bolt” “Pony.AI” ilə əməkdaşlıq edərək bu texnologiyanın miqyaslanmasına dəstək verməkdən qürur duyur. Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil, Avropa mənşəli taksi sifarişi platforması kimi “Bolt” avtonom nəqliyyat texnologiyalarının Avropanın təhlükəsizlik və məlumat standartlarına tam uyğun şəkildə məsuliyyətli və effektiv tətbiqini təmin etmək üçün unikal mövqeyə malikdir.

“Avtonom mobillik hər yerdə” vizionu ilə “Pony.AI” robotaksi texnologiyasının inkişafı və kommersiyalaşdırılmasını qlobal miqyasda irəli aparır. Şirkət tərəfdaşlıqlar vasitəsilə səkkiz ölkədə fəaliyyət dairəsini genişləndirib və dünya üzrə açıq yollarda 55 milyon kilometrdən çox avtonom test və əməliyyat məsafəsi qət edib.

“Pony.AI” ilə bağlı da məlumat verim. Bu şirkət avtonom mobilliyin geniş miqyasda kommersiyalaşdırılması sahəsində qlobal liderdir. Şirkət nəqliyyat vasitəsindən asılı olmayan “Virtual Driver” texnologiyasından – özünəməxsus proqram təminatı, avadanlıq və xidmətləri bir sistemdə birləşdirən tam yığın avtonom idarəetmə platformasından – istifadə edir və müxtəlif nəqliyyat sahələrində kütləvi istehsal və geniş tətbiqi mümkün edən davamlı biznes modeli qurur.

2016-cı ildə təsis edilən Pony.AI hazırda Çinin birinci səviyyəli dörd şəhərində (Pekin, Quanqcou, Şanxay, Şençjen) tam sürücüsüz robotaksi xidmətini kommersiya əsasında həyata keçirən yeganə şirkətdir. “Pony.AI” 720 robotaksi və təxminən 200 robotruckdan ibarət avtoparka malikdir. Bu, böyük mənada qısa müddətdə necə inkişaf etməyin göstəricisidir.

Qeyd edim ki, “Bolt” artıq Avropa Birliyinə üzv olan və olmayan ölkələrdə avtonom taksi xidmətinə keçir. Bundan sonra artıq Avropa ölkələrində avtonom taksi sifariş verdiyiniz zaman “Bolt” da öz avtonom taksi xidmətini sizə təqdim edəcək. Avropada yaşayırsınızsa və telefonunuzda “Bolt” tətbiqi varsa, bunu yoxlaya bilərsiniz”.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri