Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? Ekspert AÇIQLADI VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Azərbaycanda nəqliyyat sektorunda son illər tətbiq ediləcək ən böyük yeniliklərdən biri avtonom – sürücüsüz nəqliyyat vasitələridir. Bu cür avtomobillərin ölkə yollarında təhlükəsiz hərəkəti üçün qanunvericilik bazası hazırlanır. Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı qanunda yeni əlavələr olacaq. Ölkədə avtonom nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı hüquqi baza formalaşdırılır. Prezidentin yeni Fərmanı ilə bu sahədə səlahiyyətli qurumlar, nəzarət mexanizmləri və informasiya sistemləri müəyyənləşdirilib.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial media hesablarında canlı yayım zamanı bildirib ki, bu cür avtomobillərlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev də müsahibə verib. O qeyd edib ki, Dünyada nəqliyyat sahəsində rəqəmsal transformasiya sürətlə davam edir, avtonom idarəetmə texnologiyaları artıq bir çox ölkələrdə tətbiq mərhələsinə keçib. Azərbaycanda da bu istiqamətdə qabaqlayıcı hüquqi çərçivənin yaradılması vacibdir. Qəbul olunmuş qanunun əsas məqsədi nəqliyyatın müxtəlif növlərində avtonom texnologiyaların təhlükəsiz və səmərəli tətbiqini təmin etmək, həmçinin gələcək innovasiyaların ölkəmizdə istifadəsi üçün hüquqi bazanı formalaşdırmaqdır.
“Sədr onu da vurğulayıb ki, sənəddə ilk dəfə olaraq "avtonom nəqliyyat vasitəsi", "avtonom nəqliyyat vasitəsinin operatoru" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar qanunvericiliyə daxil edilib. Eyni zamanda avtomobil nəqliyyatı vasitələrində yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib. Bu yanaşma avtonom nəqliyyat vasitələrinin istismarı, monitorinqi və təhlükəsizliyinin vahid qaydalar əsasında tənzimlənməsinə imkan verəcək. Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici tərəfindən test mühitində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində dəyə biləcək zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin və ya istismarçısının məsuliyyəti nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyev tərəfindən də yeni qanun təsdiqlənib. Bu cür nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulmuş aktlara cavab verdiyi təqdirdə, o cümlədən, dövlət qeydiyyatına alındıqdan sonra yol hərəkətində iştirak edə bilər. Yəni, kimin ürəyi istəsə, gedib avtonom avtomobil alıb ölkə yollarında sürə bilməyəcək”.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 21 Avqust 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















