Sürüşmədən sonra Şamaxı Cabanı Əngəxaran yolunun 11 ci kilometrliyində bərpa işləri aparılır
Icma.az, Azertag saytına istinadən bildirir.
Şamaxı, 19 may, Rəşad Türkoğlu, AZƏRTAC
Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Şamaxı-Cabanı-Əngəxaran avtomobil yolunun 11-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə yolun həmin hissəsində asfalt örtüyündə çökmə və deformasiya yaranıb.
Məsələ ilə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnikası və əməkdaşları cəlb olunub. Yolda təmir-bərpa işlərinə başlanılıb.
Agentliyin əməkdaşı Anar Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sürüşmə baş verən ərazidə əvvəlcə drenaj işləri aparılıb, yolun çökmüş hissəsində dolğu və bərkitmə tədbirləri görülüb. Hazırda asfalt döşənir. İşlər başa çatdıqdan sonra sürüşmə baş verən ərazidə avtomobillər hər iki istiqamətdə rahat hərəkət edə biləcək.


