Icma.az
close
up
RU
Şuşa Forumu Qayıdan Şəhərdən dünyaya ünvanlanan strateji mesajlar ŞƏRH

Şuşa Forumu Qayıdan Şəhərdən dünyaya ünvanlanan strateji mesajlar ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa son illərdə yalnız tarixi və mədəni irsi ilə deyil, həm də beynəlxalq siyasi və informasiya dialoqunun mühüm mərkəzlərindən biri kimi diqqət çəkir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü artıq yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. İnformasiya məkanına təsir imkanları, etibarlı kommunikasiya siyasəti və qlobal media ilə qurulan əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Şuşa Qlobal Media Forumu qısa müddət ərzində Azərbaycanın ən mühüm beynəlxalq platformalarından birinə çevrilib.

2026-cı il 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunu bir daha nümayiş etdirdi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forumda Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin suallarını cavablandıraraq regional və qlobal gündəmdə duran mühüm məsələlərə münasibət bildirdi. Dövlət başçısının çıxışında sülh prosesi, regional təhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə, Azərbaycanın xarici siyasət prioritetləri və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri əsas müzakirə mövzuları oldu.
Forum bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və qlobal media əməkdaşlığı üçün mühüm platformaya çevrilib. Dünyanın 54 ölkəsindən 160-a yaxın media rəhbəri, jurnalist, ekspert, beynəlxalq təşkilatların və informasiya agentliklərinin nümayəndələrinin iştirakı forumun artıq regional deyil, qlobal platforma statusu qazandığını nümayiş etdirdi.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı və media nümayəndələrinin suallarını cavablandırması beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildi. Dövlət başçısı Azərbaycanın xarici siyasət kursu, regional təhlükəsizlik, sülh gündəliyi, iqtisadi inkişaf, nəqliyyat layihələri və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı fikirlərini bölüşdü. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan dəyişən geosiyasi şəraitdə milli maraqlarını ardıcıl şəkildə müdafiə edən, eyni zamanda beynəlxalq əməkdaşlığa açıq olan dövlətdir. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin vacibliyini xüsusi vurğulayaraq bildirdi ki, bölgədə uzunmüddətli sabitlik yalnız dövlətlərin qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətləri nəticəsində mümkün ola bilər. Azərbaycanın sülh müqaviləsinin imzalanmasına dair mövqeyinin dəyişməz olduğu bir daha diqqətə çatdırıldı.
Forum zamanı dezinformasiya ilə mübarizə və medianın məsuliyyəti də əsas müzakirə mövzularından biri oldu. Prezident qeyd etdi ki, müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Həqiqətin təhrif olunmasının qarşısının alınması, obyektiv jurnalistikanın təşviqi və etibarlı informasiya mühitinin formalaşdırılması beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən olmalıdır.
Şuşada keçirilən forumun simvolik əhəmiyyəti də böyükdür. Uzun illər işğal altında qalmış şəhərin bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin və bölgədə yaradılan yeni reallıqların göstəricisidir. Şuşa artıq yalnız zəngin mədəni irsin deyil, həm də qlobal fikir mübadiləsinin və beynəlxalq dialoqun ünvanına çevrilib. Əgər bir zamanlar Şuşadan dünyaya müharibənin acı xəbərləri yayılırdısa, bu gün həmin şəhərdən sülh, əməkdaşlıq və həqiqət çağırışları səslənir. Bu şəhər uzun illər təhrif olunmuş həqiqətlərin, susdurulmuş faktların və dağıdılmış mədəni irsin simvolu idi. Bu gün isə həmin məkandan həqiqətin müdafiəsi, obyektiv informasiya və beynəlxalq əməkdaşlıq haqqında müzakirələrin aparılması dərin rəmzi məna daşıyır. Şuşa sanki öz taleyi ilə dünyaya mesaj verir: həqiqət gec də olsa qalib gəlir.
Prezident İlham Əliyev forum iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında da ətraflı məlumat verdi. Müasir şəhərlərin salınması, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, yeni yolların, hava limanlarının və digər infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirmək əzmindən xəbər verir.
IV Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisi kimi qiymətləndirilə bilər. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Şuşaya səfəri, burada gedən inkişaf proseslərini yerində müşahidə etməsi və Azərbaycanın mövqeyini birbaşa mənbədən dinləməsi informasiya məkanında obyektiv yanaşmanın formalaşmasına mühüm töhfə verir.
Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın sülh, əməkdaşlıq və inkişaf baxışının beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platformadır. Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar göstərdi ki, Azərbaycan regionda sabitliyin, qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın tərəfdarı olaraq öz strateji xəttini qətiyyətlə davam etdirir. Şuşadan səslənən bu mesajlar təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün də mühüm siyasi və informasiya əhəmiyyəti daşıyır.
Şuşa Forumunun ən böyük fərqi ondadır ki, burada media yalnız xəbəri ötürən vasitə kimi deyil, beynəlxalq münasibətlərin formalaşmasına təsir edən strateji aktor kimi qiymətləndirilir. İnformasiya müharibələrinin dövlətlərin təhlükəsizliyinə təsir göstərdiyi dövrdə jurnalistikanın məsuliyyəti heç vaxt indiki qədər böyük olmayıb.
Forumun diqqətçəkən cəhətlərindən biri də müxtəlif siyasi baxışlara malik ölkələrin media nümayəndələrinin eyni platformada açıq dialoq aparmasıdır. Bu, qloballaşan dünyada qarşıdurma deyil, qarşılıqlı anlaşmanın daha səmərəli yol olduğunu nümayiş etdirir. Şuşada səslənən fikirlər təkcə Azərbaycan üçün deyil, beynəlxalq media məkanı üçün də yeni yanaşmalar formalaşdırır.

Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 İyul 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri