Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı 10 a çatacaq
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şuşanın beynəlxalq əlaqələri çərçivəsində müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşma münasibətləri qurulub. Bunlar Bolqarıstanın Veliko Tırnovo, Macarıstanın Veszprém, Serbiyanın Novi Pazar, Tacikistanın İsfara, Özbəkistanın Xivə, Qazaxıstanın Türkistan, Türkiyənin Ərzurum və Kayseri, həmçinin Cənubi Koreyanın Andonq şəhərləridir. Həmçinin Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşma haqqında memorandumu imzalanaraq bu şəhərlərin sayı 10-a çatacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Aydın Kərimov Şuşanın turizm infrastrukturu haqqında məlumat verərək bildirib ki, Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı əsasında kommersiya məqsədləri üçün nəzərdə tutulmuş 10 bina inşa edilib.
“Hazırda daxili təmir işləri davam edir. Həmçinin Şuşa Otel-Konqres Mərkəzi Kompleksi tikilib, “Xarıbülbül” və “Qarabağ” mehmanxanaları yenidən qurulub, “Yasəmən” oteli istifadəyə verilib, İsa Bulaq İstirahət Kompleksi bərpa edilib, “Çətir” (Çətir) şəlaləsinə doğru turist cığırı yaradılıb”,- deyə o diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















