10 ilə insanların hökmranlığı sona çatacaq Bill Qeyts
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
“Süni intellekt qarşıdakı 10 ildə iş dünyasında böyük dəyişikliklərə səbəb olacaq”.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri “Microsoft”un qurucusu milyarder Bill Qeyts qatıldığı televiziya verilişlərindən birində deyib.
O, süni intellektin (AI) bir çox sektorda rolunun artdığını və bu transformasiyanın iş həyatında köklü dəyişikliklər yaradacağını bildirib.
Biznesmen 2035-ci ilə qədər insanların iş həyatındakı hökmranlığının sona çatacağını iddia edib.
Qeyts bildirib ki, süni intellekt insanları işlərindən tamamilə uzaqlaşdırmayacaq, əksinə, daha səmərəli və daha sürətli işləyərək vaxtlarına qənaət edəcəklər. O düşünür ki, iş saatlarının qısalması ilə insanlar diqqətini daha çox mənəvi işlərə yönəldə biləcəklər.
Milyarderin fikrincə, süni intellekt xüsusilə təhsil və səhiyyə sektorunda inqilab edəcək. Süni intellektlə dəstəklənən tibbi və tədris xidmətlərini pulsuz etməklə bütün dünyada bərabər imkanlara nail olmaq olar.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















