Icma.az
close
up
RU
Şuşa ilə üç görüş

Şuşa ilə üç görüş

Icma.az bildirir, 525.az portalına istinadən.

Elə şəhərlər var ki, insanın yaddaşında əbədi iz buraxması üçün onları bircə dəfə görmək kifayət edir. Şuşa mənim üçün belə şəhərdir. Mən bu qədim şəhərə həyatım boyu üç dəfə getmişəm. İlk iki səfərim işğaldan əvvəlki illərə təsadüf edib. Üçüncü dəfə isə Şuşaya uzun ayrılıqdan - Qələbədən sonra, 2026-cı il avqust ayının əvvəllərində getdim.

Bu üç səfərin hər biri yaddaşımda ayrı bir Şuşa yaradıb.

İlk gəlişimdə Şuşanın təbiətinə, küçələrinə, qədimliyinə heyran olmuşdum. İkinci səfərim həmin duyğunu daha da möhkəmləndirmişdi. O vaxt heç ağlıma da gəlməzdi ki, bir gün bu şəhərdən uzun illər ayrı qalacaq və ona yenidən qovuşmaq üçün az qala bir ömürlük həsrət yaşayacağam.

Adını çəkəndə göz önündə dağlar, qayalar, qədim küçələr canlanırdı. Amma həmin mənzərələrə artıq həsrət də qarışmışdı. Şuşa uzaqda idi, biz ona yalnız xatirələrimizin içindən gedə bilirdik. Şuşaya gedən yolun özü mənim üçün bir xatirə yoluna çevrilmişdi.

2026-cı ilin avqustunda bu həsrətə son qoyuldu. Mən Şuşaya getdim.

Pəncərədən çölə baxa-baxa illər əvvəlki səfərlərimi düşünürdüm. Dağlar dəyişməmiş kimi görünürdü, amma mən dəyişmişdim. Həyat dəyişmişdi. Ölkəmizin taleyində böyük bir səhifə çevrilmişdi.

Yol yüksəldikcə havanın sərinliyi hiss olunurdu. Dağların qoynuna qalxdıqca ətrafdakı mənzərə də dəyişirdi. Qayalar, meşələr, dərələr bir-birini əvəz edir, Şuşaya yaxınlaşdıqca içimdəki həyəcan artırdı.

Və nəhayət, Şuşa göründü. O anın təsirini sözlə tam ifadə etmək çətindir.

Şuşada, dediyim kimi, əvvəllər də olsam da, bu dəfə qarşımdakı mənzərəni yalnız gözlərimlə deyil, uzun illərin həsrəti ilə görürdüm. Şəhərə daxil olarkən içimdə həm sevinc, həm kövrəklik, həm də qəribə bir minnətdarlıq vardı.

Küçələrdə gəzərkən yaddaşım məni tez-tez keçmişə aparırdı. Vaxtilə gördüyüm yerləri tanımağa çalışırdım. Bəzi məkanlar mənə uşaqlıqdan tanıdığm bir insan kimi doğma gəlirdi. Bəzilərində isə zamanın və müharibənin ağır izlərini hiss etmək olurdu.

Bir tərəfdə tarixin yaralarını daşıyan daş divarlar, digər tərəfdə yenidən həyata qaytarılan tikililər... Şuşa sanki keçmişi ilə gələcəyi eyni küçədə görüşdürürdü.

Bərpa olunan tarixi binalara baxarkən düşünürdüm ki, burada yalnız daş-divar yenilənmir, bir xalqın yaddaşı yenidən ayağa qaldırılır. Şuşanın tarixi siması bərpa olunduqca onun ruhu da daha aydın görünür.

Amma Şuşada məni ən çox düşündürən başqa bir həqiqət oldu. Bu şəhərə qayıtmağımızın arxasında şəhidlərimiz dayanır. Şuşanın gözəlliyinə baxarkən belə, insanın yadından bu həqiqət çıxmır. Dağların vüqarı, şəhərin sakitliyi, göydə dalğalanan bayraq - hamısı bir anda şəhidlərimizi xatırladır. Onlar bu mənzərəni görmək üçün yaşadılar, amma Şuşanın azadlığını görmədən həyatdan köçdülər.

Bu gün biz onların arzuladığı mənzərəyə baxırıq. Bu gün biz onların görə bilmədiyi küçələrdə addımlayırıq. Bu gün biz onların uğrunda can verdiyi torpağın havasını uduruq. Buna görə Şuşada sevinc belə bir az kövrəkdir.

Mən bayrağımıza baxanda bunu xüsusilə hiss etdim. Şuşanın yüksəkliyində dalğalanan üçrəngli bayraq mənə sanki səssiz bir andı xatırlatdı: bu torpağı qorumaq, şəhidlərin adını yaşatmaq, onların əmanətinə sahib çıxmaq.

Şuşada insan anlayır ki, şəhidlik yalnız bir insanın həyatının sonu deyil, şəhidlik bəzən bir xalqın gələcəyinin başlanğıcıdır.

Bu şəhərin azadlığı ilə neçə yarımçıq ömürlərin mənası tamamlandı. Neçə ananın illərlə çəkdiyi həsrətə cavab verildi. Neçə atanın səssiz duası göylərə çatdı. Neçə övladın qəlbində "atamın uğrunda getdiyi torpaq" ifadəsi artıq müqəddəs bir həqiqətə çevrildi. Şuşada bunları düşünərkən şəhərin sükutu mənə əvvəlkindən daha mənalı görünürdü. Bəlkə də ona görə ki, bu sükutun içində şəhidlərimizin adı vardı.

Mən üçüncü səfərimdə Şuşaya yalnız baxmadım. Onu dinləməyə çalışdım.

Dağların küləyini, küçələrin sakitliyini, uzaqlardan gələn səsləri dinlədim. Elə bildim ki, şəhər uzun illərdən sonra öz doğma insanları ilə yenidən danışır.

Şuşanın hər daşı bir xatirə, hər küçəsi bir tarix, hər zirvəsi bir qələbə dastanı kimi görünürdü. Mən ilk iki səfərimdə Şuşanın gözəlliyini görmüşdüm. Bu dəfə isə onun dəyərini daha dərindən anladım.

Şuşa artıq mənim üçün yalnız qədim və gözəl şəhər deyil. O, Azərbaycanın iradəsinin, mədəniyyətinin, qürurunun və şəhidlərimizin müqəddəs əmanətinin rəmzidir.

Şəhərdən ayrılmaq vaxtı çatanda geriyə dönüb bir daha Şuşaya baxdım. Dağların arasında ucalan şəhər mənə həm tanış, həm də yeni görünürdü. İki dəfə gördüyüm Şuşa yaddaşımda qalmışdı. Üçüncü dəfə gördüyüm Şuşa isə qəlbimdə yenidən doğuldu.

Şuşadan ayrılarkən bir daha düşündüm: insan bəzən bir şəhərə gedir, amma əslində öz keçmişinə, öz yaddaşına, öz milli kimliyinə qayıdır.

Mən Şuşadan üç dəfə keçdim. İlk iki səfərim mənə onun gözəlliyini göstərdi. Üçüncü səfərim isə mənə bir həqiqəti öyrətdi: Şuşanın hər daşında tariximiz, hər nəfəsində Vətənimiz, hər zirvəsində şəhidlərimizin əmanəti var.

Bu əmanətin qiyməti isə sözlə ölçülməz. Şuşa bu gün azaddır. Bizim borcumuz isə onun azadlığının qiymətini heç vaxt unutmamaqdır.

İmran VERDİYEV

Əməkdar müəllim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri