Icma.az
close
up
RU
Şuşa Qalib Liderin siyasətində qürur və güc zirvəsinə çevrildi

Şuşa Qalib Liderin siyasətində qürur və güc zirvəsinə çevrildi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

8 Noyabr – Zəfər Gününün tacı olan Şuşa, artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də suverenliyin və dövlət müdrikliyinin rəmzi kimi dünya siyasi xəritəsində öz yerini tutub. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu. Bu hadisə, dövlətin siyasi iradəsinin, hərbi qüdrətinin və xalq-lider birliyinin parlaq təntənəsi idi. Şuşanın azadlığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “dəmir yumruq” siyasətinin zirvə nöqtəsini təşkil etdi. Şuşa bu gün artıq yalnız bir şəhər deyil – Azərbaycan diplomatiyasının, region siyasətinin və milli kimliyimizin ideoloji dayağıdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya etdiyi hər səfəri sadəcə rəsmi hadisə kimi deyil, siyasi manifest kimi reallaşdırır. 2021-ci ilin yanvarında dövlət başçısının Şuşaya ilk səfəri – orada üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın yeni dövrünün başlanğıcı idi. Cənab Prezidentin həmin səfərdə dediyi “Bu bayraq burada əbədi dalğalanacaq” sözləri, həm siyasi, həm də mənəvi baxımdan strateji mesaj idi. Bu bəyanat təkcə erməni separatizminə yox, həm də regiondakı bütün qüvvələrə ünvanlanmış yeni geosiyasi gerçəklik elanıdır. Son illərdə Şuşa beynəlxalq tədbirlərin, yüksək səviyyəli zirvə görüşlərinin keçirildiyi mühüm diplomatik məkana çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Qlobal Media Forumu, Türk Mədəniyyəti və İrsi Fondunun toplantıları, Şuşa Bəyannaməsinin imzalanması kimi hadisələr bir daha göstərdi ki, bu qədim şəhər Azərbaycanın yeni diplomatik strategiyasının mərkəzinə çevrilib. 2021-ci il iyunun 15-də cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi yalnız iki qardaş ölkə arasında deyil, həm də bütün türk dünyasında yeni siyasi dövrün başlanğıcı oldu. Bu sənəd müttəfiqlik münasibətlərinin institusional əsasını qoydu, regionda güc balansını Azərbaycanın xeyrinə dəyişdi. Şuşada keçirilən III Qlobal Media Forumu isə Azərbaycanın informasiya müstəvisində oynadığı aparıcı rolu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı müasir media, süni intellekt, dezinformasiya və qlobal təhlükəsizlik məsələlərinə dair verdiyi strateji mesajlarla göstərdi ki, Azərbaycan təkcə regional deyil, qlobal diskussiyaların fəal iştirakçısıdır. Şuşa bu mənada həm dövlət ağlının, həm də müasir düşüncənin mərkəzinə çevrildi.
Dövlət başçısının Şuşaya hər səfəri bir siyasət dərsidir. İlk səfər – Qələbə rəmzi, ikinci səfər – bərpa siyasətinin başlanğıcı, sonrakılar isə dayanıqlı inkişaf və yeni strateji mərhələnin təntənəsi oldu. Cənab Prezidentin hər səfərində açılış etdiyi infrastruktur layihələri – “Zəfər Yolu”, yeni yaşayış kompleksləri, sosial və mədəni obyektlər – Azərbaycan dövlətçiliyinin dirçəliş fəlsəfəsini ifadə edir. Bu səfərlər həm də dünyaya ünvanlanan siyasi mesajdır: “Azərbaycan qalib dövlətdir və bu qələbə geri dönməzdir.”

Prezident İlham Əliyev Şuşanı təkcə azad etməklə kifayətlənmədi, onu Azərbaycanın gələcəyinə yönələn siyasi brendə çevirdi. Şuşa indi hər bir beynəlxalq tədbirdə Azərbaycan diplomatiyasının parlayan simvolu kimi çıxış edir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqların mərkəzində də məhz Şuşa dayanır. Azərbaycanın bərpa etdiyi suverenlik və regionda formalaşan postmüharibə siyasi düzəni Şuşadan idarə olunur. Buradan yayılan hər bir mesaj – istər iqtisadi layihələr, istərsə də təhlükəsizlik təşəbbüsləri olsun – regionda sülh və inkişaf modelinin təməlini təşkil edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi ideyası, türk dünyasını birləşdirən nəqliyyat və enerji xətləri, eləcə də mədəni diplomatiya platformaları Şuşadan qlobal miqyasda rezonans doğurur. Şuşa artıq Azərbaycanın geosiyasi tribunasına çevrilib – buradan səslənən hər fikir beynəlxalq müstəvidə əks-səda doğurur. Şuşanın yenidənqurulması yalnız tikinti və bərpa prosesi deyil, həm də milli kimliyin bərpası, dövlət siyasətinin ideoloji dərinləşməsi deməkdir.

Şəhərdə keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq mədəni tədbirlər həm diplomatik, həm də siyasi müstəvidə Azərbaycanın yumşaq güc siyasətinin təzahürüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət, Şuşanı mədəniyyətlə siyasətin, tarixlə gələcəyin qovşağında dayanan bir strateji mərkəzə çevirib. Bu gün Şuşa həm Zəfərin zirvəsi, həm də dövlət ağlının simvoludur.

Şuşa şəhər günü təkcə bir tarixi hadisənin xatırlanması deyil – müstəqil Azərbaycanın siyasi gücünün, qalib kimliyinin və ideoloji bütövlüyünün təntənəsidir.

Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Şuşa bu gün siyasi qərarların qəbul olunduğu, milli ideyanın formalaşdığı və dünyaya təqdim edildiyi strateji platformadır.Bu gün hər bir azərbaycanlı üçün Şuşa-azadlığın simvolu,
dövlətin qüruru, millətin ruh zirvəsidir. Şuşa qalib Azərbaycanın qəlbidir, bu qəlbin döyüntüsü isə cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin sədasıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri