Icma.az
close
up
RU
Qalib Liderin qlobal təşəbbüsləri

Qalib Liderin qlobal təşəbbüsləri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İlham Əliyev BMT-yə vəziyyətdən çıxmaq üçün konkret imperativlər təqdim etdi

Azərbaycan bu il qlobal hüquq və beynəlxalq təhlükəsizliyin təminatçısı sayılan 5 əsas dövlətin (P5) rəhbərliyi ilə fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı ilə (BMT) münasibətlərinin 33-cü ildönümünü qeyd edir. 80 illik tarixə malik BMT-nin 33 il ərzində Bakı ilə sıx təmasları olsa da, keçmiş Qarabağ münaqişəsi bu qurum tərəfindən həll edilə bilmədi. Əksinə, Azərbaycan təşkilat tərəfindən qəbul edilmiş və Ermənistanın işğalçı olduğunu təsdiqləyən 4 qətnaməni BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququ çərçivəsində icra etdi. Nəticədə, P5-nin 28 il ərzində həyata keçirə bilmədiyi öhdəliklər Azərbaycan tərəfindən BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməklə reallığa çevrildi və ədalət təmin olundu.

Bir çox tarixi nəzəriyyə və inanclarda 33 rəqəmi kamillik, tamlıq və səmərə ilə əlaqələndirilir. BMT ilə əlaqələrin qurulmasının 33 ili ərzində Azərbaycan bu mənada öz inkişaf yolunu aydın şəkildə göstərdi: ölkə iqtisadi gücünü artırdı, regiondakı nüfuzunu və strateji mövqeyini möhkəmləndirdi. Qarabağ məsələsi kimi mürəkkəb problem İlham Əliyevin qətiyyətli liderliyi, səbr və dəqiq strateji qərarları sayəsində həll olundu. Bu prosesdə BMT qlobal çərçivədə fəaliyyət göstərsə də, struktur və qərarvermə səmərəliliyi baxımından zaman-zaman geridə qaldı.

1992-ci ildən etibarən BMT müxtəlif regionlarda bir sıra qətnamələr qəbul etmişdir, lakin onların icrası və təsiri çox vaxt məhdud olmuşdur. Məsələn, Qərbi Sahara üzrə 690, Suriya müharibəsi üzrə 2118, 2165 və 2254, 1994-cü il Ruanda genosidində 872 və 918, İsrail–Fələstin münaqişəsində 2334, Bosniyada Srebrenitsa üçün 819, Somali üzrə 814, Konqo üzrə 1925, Liviya üzrə 1973 və Haiti üzrə 1542 saylı qətnamələr hələ də icra edilməyib.

Məhz bu acı reallıq fonunda BMT bu həftə yubiley sessiyasını keçirir. ABŞ-ın Nyu-York şəhərində baş tutan təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının əsas mövzusu təşkilatın hələ də həll edə bilmədiyi münaqişələrdən birinə həsr olunub. Dünyanın bir çox dövlət və hökumət başçıları ali tribunadan çıxış ediblər. Nitqlərin sayı çox olsa da, xüsusilə ölkə başçımız İlham Əliyevin çıxışı öz natiqliyi və fikirləri ilə seçilirdi. Çıxışında İlham Əliyev həm Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəni dünya ictimaiyyətinə bir daha təqdim etdi, həm də müasir qlobal proseslərdən geri qalmış BMT üçün vəziyyətdən çıxış yollarına dair konkret və əsaslı imperativlər ortaya qoydu. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.

***

Əgər avqust ayında Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı tarixi uğura – Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasına, Azərbaycan–ABŞ münasibətlərində tamamilə yeni səhifə açan, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasına nail olundusa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Donald Tramp və İlham Əliyev arasında səmimi təmaslar, yüksək səviyyəli dialoq və liderlərinin bir-birinə böyük dəyər vermələrinin əyani təzahürü kimi yadda qaldı.

Dövlətimizin başçısı BMT-nin ali kürsüsündə təşkilatın böhrandan xilası üçün yollar təqdim edir, dünyanı sülh üçün həmrəyliyə çağırır: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.”

Təəssüf ki, hələ də yeni dünya düzəni qurula bilmir. İnsan cəmiyyəti tarixi boyunca universal ədalət, bərabərlik və harmoniya ideallarına can atsa da, fərqli mədəniyyətlər, siyasi maraqlar və iqtisadi güc oyunları bu arzuların reallaşmasına mane olur. Hər bir qlobal təşəbbüs zaman-zaman dövlətlərin suveren maraqları və lokal problemlərlə qarşılaşır, nəticədə ideal tarazlıq və sivilizasiyalararası uzlaşma perspektivi uzanır. Qalib liderin dediyi kimi, həqiqi qlobal nizam yalnız dialoq, həmrəylik və uzunmüddətli strateji vizyon vasitəsilə əldə edilə bilər.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin səsləndirdiyi çağırış beynəlxalq münasibətlər sisteminə yeni baxış gətirir. Dövlət başçısının sülh və inkişafı beynəlxalq hüquqa əsaslanaraq təmin etmək, ikili standartlara son qoymaq, ədalətin selektivlikdən azad olduğu dünya qurmaq kimi hədəfləri, əslində, Azərbaycan diplomatiyasının uzunmüddətli strategiyasının qlobal miqyasda elanıdır. Çıxış dünya nizamının transformasiya mərhələsində səsləndi. Qlobal güc mərkəzləri dəyişir, yeni iqtisadi və siyasi bloklar yaranır, köhnə alyansların mövqeyi zəifləyir. Belə bir şəraitdə Azərbaycanın qətiyyətli mövqeyi həm regionda, həm də beynəlxalq səhnədə yeni güc balansının formalaşmasına təsir edən amillərdən biridir. Bu kontekstdə, Azərbaycanın qlobal miqyasda təklif etdiyi ədalət modeli praktik yanaşmadır. Regional müstəvidə Bakı yeni əməkdaşlıq formatlarını təşviq edir. Türkiyə, Pakistan, Mərkəzi Asiya ölkələri ilə qurulan çoxtərəfli ittifaqlar Azərbaycanı nəinki regional logistik mərkəzə, həm də siyasi dialoq platformasına çevirib. Bu, həm iqtisadi inteqrasiyanı, həm də təhlükəsizlik mühitini möhkəmləndirir.

İndiki mərhələdə əsas vəzifə regionda sülhün davamlılığını təmin etməkdir. Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması yalnız iki ölkə arasında deyil, bütün region üçün təhlükəsizlik arxitekturasını dəyişdirəcək. Bakı bu prosesi irəli aparmaqla yanaşı, beynəlxalq güclərin vasitəçilik təşəbbüslərinə yeni məzmun gətirir – real, nəticəyönümlü diplomatiyanın nümunəsini göstərir.

Nəticə etibarilə, Azərbaycan dünya nizamının bərpası üçün yalnız prinsipial mövqeyini ifadə etmir, həm də praktiki mexanizmlər təklif edir. Prezident İlham Əliyevin Nyu-Yorkdan səsləndirdiyi çağırış bu strategiyanın ən yüksək səviyyədə təsdiqi oldu və bu, Azərbaycanın gələcəkdə qlobal proseslərdə daha fəal rol oynayacağının anonsu kimi dəyərləndirilə bilər.

Tahir RZAYEV,
Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı yeni geosiyasi reallıqların dünyaya elan olunması idi. Prezident Azərbaycanın son illərdə qazandığı tarixi uğurların, xüsusilə 44 günlük müharibədəki möhtəşəm Qələbənin siyasi və hüquqi mənasını beynəlxalq tribunalda bir daha bəyan etdi. Bu, həm milli, həm də qlobal səviyyədə ədalətə çağırış kimi qiymətləndirilə bilər. Prezident nitqində düşmən üzərində qazanılmış tarixi qələbəni, xalqımızın birliyini və ordumuzun gücünü xatırladaraq, Azərbaycanın suverenliyinin bərpa edilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Azərbaycan lideri eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşan dövlətləri, beynəlxalq təşkilatları və BMT Təhlükəsizlik Şurasını tənqid edərək ATƏT-in Minsk qrupunun fəaliyyətinin iflasa uğradığını diqqətə çatdırdı. İlham Əliyev bu qələbəni təkcə hərbi və siyasi yox, həm də beynəlxalq hüququn bərpası kimi səciyyələndirdi.

Reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdıran Prezident İlham Əliyev həm də qlobal ədalət mexanizmlərinin təkmilləşdirilməsi zərurətinə işarə etdi. Onun çıxışı BMT-nin islahatlara, daha çevik və ədalətli qərarvermə mexanizmlərinə ehtiyac duyduğunu bir daha göstərdi. Azərbaycanın tarixi qələbəsi beynəlxalq hüquqi müstəvidə yeni presedent yaratdı: işğal faktı hərbi-siyasi iradə və beynəlxalq hüquq çərçivəsində aradan qaldırıldı.

Sonda, Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar həm region dövlətləri, həm də qlobal güclər üçün aydın siqnaldır - ədalət yalnız bəyanatlarla deyil, əməli addımlarla bərpa olunmalıdır.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri