Icma.az
close
up
RU
Şuşa Şəhəri Günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu ŞƏRH

Şuşa Şəhəri Günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 8 Noyabr tarixi — Zəfər Günü kimi — eyni zamanda Şuşa şəhərinin azad olunduğu və milli qürurumuzun bərpa olunduğu gündür. 2023-cü ildə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla 8 noyabr “Şuşa şəhəri günü” kimi də qeyd olunmağa başlanmışdır. Bu qərar təkcə tarixi qələbənin rəmzi deyil, həm də Azərbaycan xalqının mədəni kimliyinin, mənəvi dirçəlişinin və dövlət müstəqilliyinin təntənəsidir.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” — bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə söylədiyi və hər bir azərbaycanlının qəlbində qürur hissi oyadan tarixi bəyanat kimi yadda qalıb. Şuşanın azad edilməsi ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda 30 il davam edən mübarizə öz müdrik və ədalətli sonluğunu tapmışdır.

Qarabağ Zəfərinin ən uca nöqtəsi 2020-ci il noyabrın 8-də baş vermiş Şuşa əməliyyatı oldu. Azərbaycanın qəhrəman əsgərləri və zabitləri sıldırım qayalardan, meşələrdən keçərək Şuşa şəhərinə daxil oldu və onu düşməndən azad etdilər. Bu əməliyyat həm hərbi strategiyanın, həm də xalqın birliyinin təntənəsi idi.

Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Şuşasız bizim işimiz yarımçıq qalardı”. Bu, yalnız strateji hədəf deyil, həm də mənəvi borc idi — Ulu Öndər Heydər Əliyevin arzusu və vəsiyyəti idi. Prezident cənab İlham Əliyev atasının başladığı işi uğurla başa çatdıraraq Azərbaycan tarixində əbədi olaraq Müzəffər Ali Baş Komandan kimi öz yerini aldı. Şuşanın azadlığı ilə ədalət bərqərar oldu, Azərbaycanın əzəli torpaqları üzərində dövlət suverenliyi tam təmin edildi. Bu zəfərin nəticəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu və beynəlxalq hüququn prinsipləri bərpa edildi.

İşğaldan azad edildiyi gündən etibarən Şuşada bərpa-quruculuq işləri misilsiz miqyasda həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin infrastrukturunun yenidən qurulması, tarixi abidələrin bərpası və müasir sosial obyektlərin tikintisi böyük vüsət alıb. Bu illər ərzində Şuşada yollar, körpülər, məktəblər, xəstəxanalar, mehmanxanalar, mədəniyyət və turizm obyektləri inşa olunmuşdur. Xüsusilə, “Zəfər Yolu” — igid əsgərlərimizin Şuşaya çatdığı tarixi cığırın yerində salınmış avtomobil yolu — həm zəfərin, həm də bərpa prosesinin simvoluna çevrilmişdir.

Prezidentin 2024-cü il oktyabrın 21-də təsdiqlədiyi “Şuşa şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin gələcək inkişafını sistemli şəkildə təmin edəcək sənəddir. Bu plan tarixi simanın qorunması ilə müasir şəhərsalma prinsiplərinin və ekoloji balansın vəhdətini əks etdirir. Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi kimi tanınıb. Burada Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər yetişmiş, Şərqin musiqi və ədəbiyyat tarixində unikal iz buraxmışlar. 2021-ci ildə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, elə həmin ilin mayında qəbul edilən qanunla bu status hüquqi təsbitini tapmışdır. Bu mühüm qərar Şuşanın həm milli, həm də beynəlxalq miqyasda tanıdılmasına böyük təkan verdi. Ardınca 2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2026-cı ildə isə şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı olacaq. Bu titullar Şuşanın artıq regional deyil, qlobal mədəniyyət mərkəzinə çevrildiyini təsdiqləyir.

Şuşa həm də Azərbaycanın diplomatik və siyasi həmrəyliyinin rəmzidir. 2021-ci il iyunun 15-də burada Azərbaycan və Türkiyə prezidentləri arasında “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəltmiş, regionda sülh və sabitliyin əsas təminatına çevrilmişdir. Sonrakı illərdə Şuşa beynəlxalq tədbirlərin, konfransların və zirvə görüşlərinin mərkəzinə çevrildi. Burada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, İSESCO-nun, TÜRKSOY-un və digər nüfuzlu qurumların tədbirləri keçirildi. Şuşa artıq diplomatik dialoqun və mədəniyyətin qovuşduğu bir məkandır.

Şuşanın azad edilməsindən sonra şəhərin bərpası istiqamətində aparılan işlər həm dövlət, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə geniş vüsət almışdır. Molla Pənah Vaqifin muzey-məqbərəsi, Natəvanın sarayı, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı və Mamayı məscidləri, Mehmandarovların malikanəsi kimi abidələr bərpa edilərək əvvəlki əzəmətinə qovuşdurulmuşdur.

Hər bir açılış mərasimində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak etmiş, bu işlərin həm dövlət, həm də milli mənəviyyat baxımından əhəmiyyətini vurğulamışdır.

Bu gün Şuşada keçirilən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri, Qlobal Media Forumu kimi tədbirlər şəhərin mədəni dirçəlişinin real göstəricisidir.

Şuşa bu gün Azərbaycanın yeni inkişaf fəlsəfəsinin təcəssümüdür. Şəhər artıq təkcə Qarabağın deyil, bütün türk və islam dünyasının mənəvi paytaxtına çevrilib. Burada həyata keçirilən layihələr dövlətimizin gücünü, xalqın iradəsini və birliyini nümayiş etdirir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sözləri ilə desək: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq!”

8 Noyabr – Şuşa şəhəri günü yalnız bir tarix deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, döyüş əzminin, mədəni irsinin və yenilməz ruhunun simvoludur.Şuşa həm tarixin yaddaşı, həm də gələcəyin bələdçisidir. Burada atılan hər addım, salınan hər bina, ucaldılan hər abidə Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik ideallarının canlı təzahürüdür.

Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa bu gün Azərbaycanın qürur qalası, türk birliyinin simvolu və mədəniyyətin parlayan incisi kimi yenidən doğulur.

Mehdi MEHDİYEV,

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri