Icma.az
close
up
RU
“Şuşa, sevgilim” Bir vədin gerçəkləşdiyi an Nizami Kino Mərkəzində yaşandı

“Şuşa, sevgilim” Bir vədin gerçəkləşdiyi an Nizami Kino Mərkəzində yaşandı

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-də Bakıda - Nizami Kino Mərkəzində unudulmaz bir axşam yaşandı. Səhnəyə çıxan “Şuşa, sevgilim” sənədli filminin məsləhətçisi Qivami Rəhimli tamaşaçılara illər öncə verilmiş bir vəddən danışdı – Şuşanın səsini, ruhunu, Azərbaycan muğamını bütün dünyaya çatdırmaq vədindən. Bu filmin yaranma hekayəsini bölüşən Qivami Rəhimli, Azərbaycan xalq musiqisinin vurğunu, muğamlarımızı məharətlə ifa edən amerikalı Cefri Verbokun bu yolda göstərdiyi fədakarlığı və sədaqəti xüsusi vurğuladı, eləcə də layihəyənin ərsəyə gəlməsində verdiy dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) təşəkkürünü bildirdi.

Bu sətirləri yazan bp şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli tədbirin keçirilməsi və təqdimatla bağlı məlumatı AZƏRTAC-la bölüşüb. O, “Şuşa, sevgilim”in bir sənət əsəri olmaqdan daha çox, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması missiyasını daşıyan bir layihə olduğunu vurğulayıb. Bu film həm də Cefri Verbokun Ulu Öndər Heydər Əliyevə illər öncə verdiyi vədin yerinə yetirilməsinin simvoludur: “Azərbaycan muğamını və Qarabağın mədəni irsini dünyaya tanıtmaq, Şuşanı sənət vasitəsilə yaşatmaq. “Şuşa, sevgilim” məhz həmin sadiqliyin bədii ifadəsidir”.

Qivami Rəhimli çıxışında, həmçinin vurğulayıb ki, Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva uzun illərdir muğam sənətinin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Beynəlxalq Muğam Mərkəzinin yaradılması, muğam festivallarının təşkili və bu sahəyə davamlı dəstək Azərbaycanın mədəni irsinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb.

O, xüsusilə xatırladıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vaşinqtonda olarkən Cefri Verbok ilə görüşüb və onun yaratdığı Amerika Muğam Cəmiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib. Bu görüş Cefridə Azərbaycan muğamının beynəlxalq miqyasda tanıdılması istiqamətində əməkdaşlıq ruhunu daha da gücləndirib.

Təqdimat mərasimində iştirak edən muğamsevərlər Cefri Verbokun bələdçiliyi vasitəsilə Qarabağa, muğamın sehrinə və Azərbaycan mədəniyyətinin zənginliyinə səyahət edirləb.

Film Cefri Verbokun Azərbaycan muğamına dərin sevgisini, bu mədəni irsi dünyaya tanıtmaq üçün göstərdiyi əzmkarlığı və dostluq, yaddaş mövzularına sadiqliyini təsirli bir dildə təqdim edib. Ekranda canlanan Qarabağ mənzərələri, muğamın səsi və Şuşa nəfəsi tamaşaçıların qəlbinə toxunub və onları duyğulandırıb.

Gecənin sonunda səhnəyə Cefri Verbokun rəhbərlik etdiyi muğam triosu çıxaraq, “Qarabağ maralı” xalq mahnısını canlı ifa edib. Bu səmimi musiqi anı zalda xüsusi bir ovqat yaradaraq, gecəni unudulmaz xatirəyə çevirib.

Tədbir başa çatdıqdan sonra tamaşaçılar zalı tərk etməyə tələsməyiblər. Onlar Cefri Verboka yaxınlaşaraq onunla şəkil çəkdirib, müxtəlif mövzularda səmimi söhbətlər aparıb və filmin onlarda yaratdığı təəssüratları bölüşüblər.

“Şuşa, sevgilim” yalnız bir sənədli film deyil – bu, həm də bir dostluğun, bir vədin və bir mədəniyyət sevgisinin ekrandakı yaddaşıdır. Filmin növbəti təqdimatının vaxtilə muğamın didərgin düşdüyü bölgədə – Qarabağda keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri