Icma.az
close
up
RU
Şuşa uğrunda canını fəda edən qəhrəman şəhid Rəşid Məmmədov

Şuşa uğrunda canını fəda edən qəhrəman şəhid Rəşid Məmmədov

Icma.az bildirir, Azertag portalına istinadən.

Lənkəran, 24 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən igidlərimizdən biri də şəhid Rəşid Məmmədovdur. O, Vətən torpaqlarının azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib, göstərdiyi şücaət və fədakarlığı ilə yadda qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəşid Məmmədov 1997-ci il noyabrın 20-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. O, 2005-ci ildə Sütəmurdov kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunub və 2018-ci ildə həmin məktəbi uğurla bitirib.

Orta təhsilini başa vurduqdan sonra Rəşid həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. Xidmət müddətində rabitəçi vəzifəsində çalışıb. 2020-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət keçmək qərarına gələrək xüsusi təlim kurslarını tamamlayıb və MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi yenidən Vətənə xidmətə başlayıb.

Rəşid Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində igidliklə vuruşub. O, döyüş meydanında qorxu bilməyən, cəsarəti və iradəsi ilə seçilən hərbi qulluqçulardan olub. Şuşa istiqamətində gedən ən ağır və həlledici əməliyyatlarda iştirak edərək düşmənə ciddi zərbələr endirib, bir çox strateji mövqelərin azad edilməsində mühüm rol oynayıb.

Şəhidin atası Rəşad Məmmədov oğlunun qəhrəmanlığı ilə qürur duyduğunu bildirir: “Rəşid uşaqlıqdan mərd, vicdanlı və vətənpərvər idi. Sakit, təvazökar, amma çox iradəli bir uşaq idi. Hərbi formanı sadəcə iş geyimi kimi deyil, şərəf rəmzi kimi qəbul edirdi. O, hərbi formanı geyinərkən deyirdi ki, bu geyim mənim kimliyimdir. Müharibə zamanı az-az zəng edirdi, amma hər dəfə “narahat olmayın, hər şey yaxşı olacaq” deyirdi. Oğlum şəhidlik zirvəsinə ucaldı. Ağrılı olsa da, fəxr edirəm ki, o, ən uca məqama yüksəldi”.

Anası Gülşən Məmmədova isə göz yaşları içində oğlunu belə xatırlayır: “Rəşid mənim həyatımın mənası idi. Çox mehriban, ürəyi təmiz bir uşaq idi. Hərbi formanı geyinəndə elə sevinirdi ki, sanki bütün arzularına çatmışdı. Axırıncı dəfə danışanda dedi ki, ana, tezliklə qələbə olacaq, Şuşanı alacağıq. O zaman bilmirdim ki, bu, son danışığımız olacaq... Rəşid şəhid oldu, amma ruhu yaşayır. Mən hər səhər onun qoxusunu hiss edirəm. Qapı açılanda, elə bilirəm, o, içəri girəcək. Oğlum Vətən üçün canını fəda etdi və mən bununla fəxr edirəm”.

2020-ci il oktyabrın 29-da Şuşa uğrunda gedən şiddətli döyüşlər zamanı Rəşid Məmmədov mərdliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Nəşi doğulub boya-başa çatdığı Sütəmurdov kəndinə gətirilib və kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Şəhid Rəşid Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri