Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Şəhid Rusif Quliyevin doğum günüdür
Vətən müharibəsində göstərdiyi misilsiz igidlik, torpaqlarımızın azadlığı uğrunda amansız döyüşlərdə sərgilədiyi mərdliklə adını tariximizə həkk edən şəhidlərimizdən biri də Rusif Asim oğlu Quliyevdir. Torpaq uğrunda canından keçən oğullar yalnız bir ailənin deyil, bütöv bir millətin fəxri, əbədi qürur mənbəyidir. Vətən müharibəsinin ilk günlərindən ön xətdə vuruşan, tapşırıqları dəqiqliklə yerinə yetirərək düşmənə ağır zərbələr endirən Rusif Quliyev öz şücaəti ilə adını Zəfər salnaməmizə qızıl hərflərlə yazdırdı.
Rusif 1989-cu il sentyabrın 9-da Ağstafa rayonunun Yenigün kəndində anadan olub.
O, 1996–2007-ci illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb.
Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Rusif Quliyev 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Rusif Quliyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin iştirakçısı olub.
Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, noyabrın 4-də Şuşa döyüşləri şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn edilib.
Təranə adlı bir qızı yadigar qalıb. Şəhidin həyat yoldaşı 2019-cu ildə qızı Təranəni dünyaya gətirdikdən iki ay sonra həyatını itirib. Balaca Təranə nənəsi və bibisinin himayəsində yaşayır.
Rusif Quliyev Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Sentyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















