Icma.az
close
up
RU
Şuşa və Ağdamın dirçəlişi diplomatları heyrətləndirdi

Şuşa və Ağdamın dirçəlişi diplomatları heyrətləndirdi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində iyunun 21-də Şuşa şəhərində olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib.

Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olub.

Şuşa şəhəri işğaldan azad olunandan sonra Üzeyir Hacıbəylinin ev-muzeyi bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı yeni ekspozisiya yaradılıb.

Nümayəndə heyəti sonra “Şirin su” hamamına baxıblar. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikililər inşa olunmuş, hamam yararsız vəziyyətə salınmışdı. “Şirin su” hamamı 2022-2024-cü illərdə bərpa olunub.

Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınır. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olublar. Bu küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Binaların tikintisində Şuşanın daşlarından istifadə olunur.

Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyində də olublar. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa şəhəri işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Xarici diplomatlar sonra Mehmandarovların malikanə kompleksinə gəliblər. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.

Sonda Cıdır düzünə gələn diplomatik korpusun nümayəndələri buradan açılan təbiət mənzərəsini seyr ediblər. Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər.

Səfər iştirakçıları Cıdır düzündən açılan təbiət mənzərəsini seyr ediblər.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında görülən işlərlə tanış olublar.

***

Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.

Diplomatik korpusun nümayəndələri sonra İmarət kompleksinə gəliblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.

İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.

Qonaqlar Ağdam Sənaye Parkına da baş çəkiblər. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təmin edilirlər. Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.

“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavoduna gələn nümayəndə heyətinə bildirilib ki, investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir. Artıq müəssisədə istehsal olunan divar kağızlarının xaricə ixracına başlanılıb.

Diplomatlar “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun fəaliyyəti ilə də tanış olublar.

Şuşa və Ağdamla tanışlıqdan sonra diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya doğru yola çıxıblar.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyun 2025 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri