Icma.az
close
up
RU
Ağdamın dirçəlişi: dövlət siyasətinin uğurlu nəticəsi

Ağdamın dirçəlişi: dövlət siyasətinin uğurlu nəticəsi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində tarixi ədalətin bərpasını, milli iradənin təntənəsini və Böyük Qayıdışın başlanğıcını təcəssüm etdirən əlamətdar gündür. Bu tarix 27 ildən artıq davam edən işğala son qoyulmasını, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməsini simvolizə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” bəyanatı bu gün həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əsas siyasi istiqamətini müəyyənləşdirib.

Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilir. “Ağdam” adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bir versiyaya görə, qədim türk dilində “kiçik qala” mənasını verir. Digər izah isə Pənahəli xanın XVIII əsrdə burada ağ daşdan imarət tikdirməsi ilə əlaqələndirilir. 1930-cu ildə rayon statusu alan Ağdamda aparılan arxeoloji tədqiqatlar bu ərazinin minilliklərə söykənən yaşayış və mədəniyyət tarixini təsdiqləyir. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir.
1993-cü il iyulun 23-də Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdamın 882 kvadratkilometr ərazisi, rayon mərkəzi və 90 kəndi işğal edildi. 128 minə yaxın sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində şəhərin yaşayış və sosial infrastrukturu, tarixi-mədəni abidələri dağıdıldı, talan edildi. Bir vaxtlar inkişaf edən Ağdam xarabalığa çevrildi və “Qafqazın Xirosiması” adını aldı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymadı. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etmək əzmini heç vaxt itirmədi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və məqsədyönlü siyasət 2020-ci ildə tarixi Zəfərin qazanılmasını təmin etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, işğala son qoyuldu və bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi, 5790 hərbi qulluqçu bu medalla təltif olundu. Cənab Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan edildi.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 2022-ci il avqustun 16-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdamda gələcəkdə 100 min nəfərin yaşaması nəzərdə tutulur. Şəhərdə yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır, kəndlərin bərpası mərhələli şəkildə həyata keçirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin istifadəyə verilməsi Böyük Qayıdışın real nəticələrindəndir. Ağdamın iqtisadi dirçəlişində 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı mühüm rol oynayır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan park Qarabağın sənaye potensialının reallaşdırılmasına, sahibkarlığın və məşğulluğun inkişafına xidmət edir. Burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda 9 müəssisə fəaliyyət göstərir, yeni istehsal sahələrinin tikintisi davam etdirilir. Nəqliyyat və sosial infrastrukturun yenilənməsi də diqqət mərkəzindədir.
2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Ağdam Cümə məscidinin və İmarət Kompleksinin bərpası tarixi-mədəni irsin qorunmasına, yeni hotel komplekslərinin açılması isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də davam edir. 2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə – 8300 nəfər məskunlaşıb. Bu göstərici doğma yurda qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini təsdiqləyir.
Cənab Prezidentin Ağdama mütəmadi səfərləri, yeni layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bölgənin inkişafına verdiyi strateji əhəmiyyətin göstəricisidir. 2026-cı il noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq və yeni istehsal müəssisələrinin açılışı quruculuq prosesinin davam etdiyini bir daha nümayiş etdirib.
20 Noyabr - Ağdam Şəhəri Günü tarixi ədalətin, milli birliyin və dövlətimizin gücünün təntənəsidir. Bir zamanlar xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur, sakinləri doğma evlərinə qayıdır, iqtisadi və mədəni həyat canlanır. Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də Azərbaycanın suverenliyinin, quruculuq qüdrətinin və Böyük Qayıdış strategiyasının parlaq təzahürüdür.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri