Icma.az
close
up
RU
Ağdamın dirçəlişi: Azərbaycanın Zəfərinin davamıdır

Ağdamın dirçəlişi: Azərbaycanın Zəfərinin davamıdır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“20 noyabr Ağdam Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi rəmzi mənaya malikdir”. 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan ədalətin bərpasını, tarixi həqiqətin qalib gəlməsini və milli iradənin gücünü qeyd edir:

“Ağdam 27 il müddətində erməni işğalının ağır nəticələrini yaşadı. 1993-cü ildə şəhərin işğalı zamanı törədilən dağıntılar, məqsədli şəkildə həyata keçirilən  vandalizm və şəhərin yerlə-yeksan edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Lakin Azərbaycan dövləti heç vaxt öz torpaqları ilə bağlı mövqeyindən, prinsipial tələblərindən geri çəkilmədi”.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 10 noyabr 2020-ci il üçtərəfli Bəyanat nəticəsində Ağdam bir güllə atmadan, Azərbaycanın güclü ordusu və siyasi liderliyinin yaratdığı reallıq sayəsində geri qaytarıldı:

“Bu, möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının, strateji düşüncəsinin və xalq-ordu-lider birliyinin parlaq nəticəsidir Artıq Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. 

“Ağıllı şəhər” konsepsiyasına uyğun olaraq salınan yeni infrastruktur, yol və enerji layihələri, sosial obyektlər, məskunlaşma planları Ağdamın gələcəyini tamamilə yeni bir mərhələyə aparır”.

Günay Ağamalı diqqətə çatdırıb ki, qarşıdan gələn illərdə Ağdam Qarabağın, o cümlədən bütün regionun iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcək:

“Ağdam Şəhəri Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edirəm. Biz bu şəhərin həm ağrılarını, həm də qürurunu birgə yaşadıq və yenidən dirçəlişinə birlikdə şahidlik edirik. Ağdamın dirçəlişi Azərbaycanın Zəfərinin davamıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin! Uca Tanrı dövlətimizi, xalqımızı qorusun!”

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Ağdam Şəhər Günü Günay Ağamalı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri