Şuşa və Xocavəndin kəndlərinə köç karvanı yola düşüb
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Beləliklə, 17.08.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9557 ailə (38612 nəfər) məskunlaşmış olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Avqust 2026 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















